Məhkəmə qərarları › İş №3(060)-1005/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1005/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1005/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli EQ ******* saylı, 25.04.2021-ci il tarixli EQ ******* saylı, 28.03.2021-ci il tarixli EQ ******* saylı, 28.02.2021-ci il tarixli EQ ******* saylı, 26.01.2021-ci il tarixli EQ ******* saylı, 18.12.2020-ci il tarixli EQ ******* saylı, 27.11.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün prosessual müddətin buraxılıb-buraxılmaması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli EQ ******* saylı, 25.04.2021-ci il tarixli EQ ******* saylı, 28.03.2021-ci il tarixli EQ ******* saylı, 28.02.2021-ci il tarixli EQ ******* saylı, 26.01.2021-ci il tarixli EQ ******* saylı, 18.12.2020-ci il tarixli EQ ******* saylı, 27.11.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün X2 ərizə ilə prosessual müddətin bərpa olunması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Qərardan şikayət vermiş şəxs X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli EQ ******* saylı, 25.04.2021-ci il tarixli EQ ******* saylı, 28.03.2021-ci il tarixli EQ ******* saylı, 28.02.2021-ci il tarixli EQ ******* saylı, 26.01.2021-ci il tarixli EQ ******* saylı, 18.12.2020-ci il tarixli EQ ******* saylı, 27.11.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı ərizə 22.04.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 izahat verərək bildirdi ki, 2021-ci ilin avqust ayında barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyini öyrənmiş və idarəyə yaxınlaşaraq qərarların surətini almaq istəmiş, lakin qərarların surəti ona təqdim edilməmişdir. Daha sonra Sumqayıt DYPŞ vasitəsilə sorğu göndərərək qərarların surətlərini 04.03.2022-ci il tarixdə almışdır. 14.03.2022-ci il tarixdə şikayət vermişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iş materialında olan vəsatətdən görünür ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş qəbul edilmiş 03.08.2021-ci il tarixli EQ ******* saylı, 25.04.2021-ci il tarixli EQ ******* saylı, 28.03.2021-ci il tarixli EQ ******* saylı, 28.02.2021-ci il tarixli EQ ******* saylı, 26.01.2021-ci il tarixli EQ ******* saylı, 18.12.2020-ci il tarixli EQ ******* saylı, 27.11.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir, lakin prosessual müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiqləyən heç bir mötəbər sübut Məhkəməyə təqdim edilməmişdir. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş qəbul edilmiş 03.08.2021-ci il tarixli EQ ******* saylı, 25.04.2021-ci il tarixli EQ ******* saylı, 28.03.2021-ci il tarixli EQ ******* saylı, 28.02.2021-ci il tarixli EQ ******* saylı, 26.01.2021-ci il tarixli EQ ******* saylı, 18.12.2020-ci il tarixli EQ ******* saylı, 27.11.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası rədd olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 03.08.2021-ci il tarixli EQ ******* saylı, 25.04.2021-ci il tarixli EQ ******* saylı, 28.03.2021-ci il tarixli EQ ******* saylı, 28.02.2021-ci il tarixli EQ ******* saylı, 26.01.2021-ci il tarixli EQ ******* saylı, 18.12.2020-ci il tarixli EQ ******* saylı, 27.11.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti vermə müddətinin bərpası rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar