Məhkəmə qərarları › İş №3(060)-1005/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1005/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1005/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllə ilə 2-ci mikrorayon ərazisində avtomobilini saxlayıb marketə düşən zaman YPX əməkdaşı onu çağırmış, o, YPX əməkdaşına yaxınlaşmış, YPX əməkdaşı ona saxla işarəsini verdiyini və onun saxlamadığını bildirmişdir. O isə YPX əməkdaşına şüşənin açıq olduğunu və ona saxla işarəsi verilsəydi eşidəcəyini demişdir. YPX əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş, o isə təhlükəsizlik kəmərindən istifadə etdiyini və əgər görüntü varsa təqdim olunmasını bildirmişdir. Lakin ona heç bir görüntü təqdim olunmamış, ondan ad və soyadı soruşulmuş və sonra çıxıb getmişdir. 20 dəqiqə sonra ona Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə olunması barədə SMS gəlmişdir. Bu barədə BDYPİ-nə ərizə ilə müraciət etmiş, ərizə baxılması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilmiş, lakin buna baxmayaraq heç bir görüntü təqdim edilməmiş və o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddələri ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 13:09 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, barəsində həmin tarixli İXP seriyalı, ******* nömrəli protokol və həmin protokola əsasən TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Lakin qərardan şikayət vermiş X4 izahatında YPX əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini, o isə təhlükəsizlik kəmərindən istifadə etdiyini, əgər görüntü varsa təqdim olunmasını, lakin ona heç bir görüntü təqdim olunmadığını, ondan ad və soyadı soruşulduğunu və sonra çıxıb getdiyini, 20 dəqiqə sonra ona Azərbaycan Respublikası İXMnin 329.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə olunması barədə SMS gəldiyini, bu barədə BDYPİnə ərizə ilə müraciət etdiyini, ərizə baxılması üçün Sumqayıt şəhər DYPŞ-nə göndərildiyini, lakin buna baxmayaraq heç bir görüntü təqdim edilmədiyini bildirmişdir. O, protokolla razı olmamış, lakin buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X5 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 40 (qırx) manat məbləğində inzibati cərimə etmişdir. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞnin YPX inspektoru, polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İXMnin 134.1.4-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar