Məhkəmə qərarları › İş №3(060)-1006/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1006/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1006/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi və hüquqşünası Nümayəndə3 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında olan hüquqi şəxs Şəxs ASC (VÖEN: **********) barəsində İXM-nin 430.4-cü maddəsi ilə 18 aprel 2025-ci il tarixli, EP 0191933 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASCnin hüquqşünası Nümayəndə3 Sumqayıt Şəhər Məhkəməsinə tərtib edilmiş protokolla bağlı etiraz verərək etirazında qeyd etmişdir ki, Şəxs ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməli olduğunu hesab edir. Belə ki, işin mahiyyə üzrə bildirir ki, Şəxs ASC ilə Türkiyə Respublikasının “Voga Mobilya” şirkəti arasında “N-SİZ” nömrəli, xx.xx.2022-ci il tarixli və “N-SİZ” nömrəli, xx.xx.2022-ci il tarixli 2 müqavilə bağlanmışdır. Bağlanmış 1-ci müqavilə üzrə, yəni “N- SİZ” nömrəli, xx.xx.2022-ci il tarixli tarixli müqavilə üzrə malların alınması üçün “Voga Mobilya” şirkətinə 835.435,91 ABŞ dolları məbləğində vəsait, 2-ci müqavilə üzrə yəni “N-SİZ” nömrəli, xx.xx.2022-ci il tarixli tarixli müqavilə üzrə malların alınması üçün həmin şirkətə 120.000 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Qeyd olunan hər iki müqavilə üzrə cəmi 955.435,91 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin Sumqayıt filialından köçürülmüşdür. Bu fakt "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə təsdiq olunur. Hər iki müqavilə üzrə Türkiyə Respublikasının “Voga Mobilya” şirkətinə köçürülən vəsaitlərin, yəni cəmi 955.435,91 ABŞ dolları dəyərində mallar 12 bəyannamə üzrə hissəvi şəkildə tam olaraq Azərbaycan Respublikasına idxal olunmuşdur. Bu faktı təsdiq edən yük gömrük bəyənnamələri məhkəməyə təqdim edilir. Etirazda həmin gömrük bəyannamələrinin 840 qrafasındakı qeyd olunan USD məbləği aşağıdakılardır:

1. **********6250 saylı bəyənnamə üzrə - 6000 USD, 2. **********2656 saylı bəyənnamə üzrə - 135729 USD, 3. **********3839 saylı bəyənnamə üzrə -68226.76 USD, 4. **********3837 saylı bəyənnamə üzrə - 153799,74 USD, 5. **********3841 saylı bəyənnamə üzrə - 128533,50 USD, 6. **********3842 saylı bəyənnamə üzrə - 8235 USD, 7. **********2939 saylı bəyənnamə üzrə - 101465 USD, 8. **********5930 saylı bəyənnamə üzrə - 154204 USD, 9. **********6801 saylı bəyənnamə üzrə - 58051,93 USD, 10. **********6802 saylı bəyənnamə üzrə - 15619,50 USD, 11. **********4172 saylı bəyənnamə üzrə - 121602,48 USD, 12. **********4205 saylı bəyənnamə üzrə - 3969 USD Etirazda o da qeyd edilmişdir ki, həmin 12 ədəd yük gömrük bəyannamələrindəki malların dəyəri hesablandıqda həmin vəsait 955.435,91 ABŞ dolları təşkil edir. Bu fakt da bir daha onu təsdiq edir ki, Şəxs ASC tərəfindən hər iki müqavilə üzrə Türkiyə Respublikasının “Voga Mobilya” şirkətinə köçürülən vəsaitlərin, yəni cəmi 955.435,91 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuş və bu fakt mötəbər sübutlarla, yəni bankın rəsmi məktubları və yük gömrük bəyənnamələri ilə təsdiq olunur. Şəxs ASC köçürmələri həyata keçirdiyi "xxxx" ASC-yə rəsmi qaydada 29 aprel 2025-ci il tarixdə müraciət edərək Şəxs ASC ilə Türkiyə Respublikasının “Voga Mobilya” şirkəti arasında bağlanmış “N-SİZ” nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə köçürülmüş 200.000 ABŞ dolları dəyərində mallar **********2656, **********3839, **********3841, **********3842, **********6802, **********4172 və **********4205 saylı bəyənnamələr üzrə ölkəyə idxal olunduğunu bildirmişdir. Həmin 7 ədəd bəyənnamənin 3-ü qismən, qalan 4ü isə tam olaraq qeydiyyata alınmamışdır və bunun qeydiyyata alınmamasının səbəbi barədə Şəxs ASC-yə məlumat verilməsi xahiş olunmuşdur. "xxxx" ASC xx.xx.2025-ci il tarixli cavab məktubunda qeydiyyata alınmamanın səbəbini gömrük bəyənnamələrindəki müqavilə tarixinin uyğun gəlməməsi, çatdırılma şərtinin 120 kodla rəsmiləşdirilməsi olmuş, **********4172 saylı GB üzrə açıq qalan 21187,24 USD məbləği sözü gedən köçürmə üzrə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin məktubu ilə bir daha təsdiq olunur ki, müqavilələr üzrə köçürülmüş vəsaitin dəyərində, yəni cəmi 955.435,91 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuş, lakin 200.000 ABŞ dolları dəyərində malların idxalının qeydiyyatının aparılmaması səbəbi həm köçürmə zamanı, həm də gömrük rəsmiləşdirilməsi zamanı baş vermiş texniki səhvlər olmuşdur. Hər iki müqavilə üzrə “Voga Mobilya” şirkəti tərəfindən göndərilən mallar yük avtomobilinin tutumuna görə yüklənərək göndərilmiş və buna uyğun olaraq gömrük orqanı tərəfindən yük gömrük bəyənnamələri ilə rəsmiləşdirilmişdir. Yük gömrük bəyənnamələri rəsmiləşdirilərkən texniki səhvlərə yol verilmiş və idxal olunan malların bəzilərinin YGBdə 1-ci müqavilə, bəzilərində isə 2-ci müqavilə göstərilmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan 12 bəyənnamə üzrə bank tərəfindən malların idxal olunması barədə qeydiyyat aparılsa da, 7 bəyənnamə tam olaraq qeydiyyata alınmamışdır. Bununla bağlı bildirilir ki, hər iki müqavilə üzrə köçürülən ümumi vəsait dəyərində mallar ölkəyə idxal olunmuşdur. Bu fakt təqdim olunan 12 ədəd gömrük bəyənnamələri və vəsaitin köçürülməsi ilə bağlı bankın məktubları ilə təsdiq olunur. Hər iki müqavilə üzrə köçürülən ümumi vəsaitin dəyərində malların ölkəyə idxalını təkcə təqdim edilən gömrük bəyənnamələri və bankın arayışı deyil, həm İnvosylar, həm “Voga Mobilya” şirkətin öhdəliklərin tam icrası, yəni malların müqavilələrə əsasən tam göndərilməsi ilə bağlı məktubu, həm də “CMR” adlanan həmin yükləri daşıyan nəqliyyat sənədləri də təsdiq edir. Bildirir ki, Şəxs ASC-nin “N-sız” nömrəli, xx.xx.2022-ci il tarixli və “N-sız” nömrəli, xx.xx.2022-ci il tarixli 2 müqavilə üzrə bütün köçürmələri "xxxx" ASC ilə həyata keçirilmişdir və bu barədə də bankın rəsmi məktubu mövcuddur. Buna dair də tərəflərindən 12 ədəd YGB məhkəməyə təqdim olunur. Qeyd olunan YGB-lər üzrə ölkəyə idxal olunmuş malların ümumi dəyəri hər iki müqavilə üzrə köçürülmüş ümumi vəsaitlə eynilik təşkil edir. Bu hallar bir daha onu təsdiq edir ki, ümumi köçürülmüş vəsaitlər üzrə mallar ölkəyə idxal olunmuş, lakin malların gömrük orqanında rəsmiləşdirilməsində, eləcə də köçürmə zamanı texniki səhvlərə yol verildiyindən bank tərəfindən tam qeydiyyata alınmamışdır. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir, bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Odur ki, şərh edələnlərə əsasən Şəxs ASC barəsində İXM-nin 430.4-cü maddəsi ilə tərtib olunmuş protokolla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəlməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək ona ünvanlanmış suala cavab olaraq bildimişdir ki, mallar nəqliyyat vasitəsinin tutumuna görə yüklənir və hissə-hissə gəlir. Yəni “Voga Mobilya” şirkətinin hesabına artıq məbləğ köçürməmiş, köçürülmüş pul məbləğində mal ölkəyə qayıtmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs ASC tərəfindən xx.xx.2023-cü il tarixində avans olaraq köçürülmüş 200.000 USD vəsaitin qarşılığında tərəfinizdən təqdim edilmiş **********4205, **********6802, **********3842, **********3841 saylı gömrük bəyannnamələrində müqavilənin tarixi fərqlidir, **********2656 saylı GB-də çatdırılma şərti 120 kodla rəsmiləşdirilmişdir, **********3839 saylı gömrük bəyannaməsinin qeydiyyatı fərqli köçürmə üzrə aparılmış və **********4172 saylı GB üzrə açıq qalan 21.187.24 USD məbləğ sözü gedən köçürmə üzrə qeydiyyata alınmışdır. -**********2656, **********3839, **********3841, **********3842, **********6802, **********4172 və **********4205 saylı bəyənnamələrdən görünür ki, həmin bəyannamələr üzrə 200.000 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. “Voga Mobilya” şirkəti tərəfindən göndərilmiş məktubdan Türkiye Cumhuriyyetində fəaliyyət göstərən həmin şirkətlə Şəxs ASC arasında imzalanmış olan “N-sız”, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Şəxs ASC tərəfindən “Voga Mobilya” şirkətinə 120.000,00 ABŞ dolları, “N-sız” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 835.435,91 ABŞ dolları məbləğində ödəmə edilmişdir. Sözü gedən müqavilələr çərçivəsində tərəflərindən cəmi 955.435,91 ABŞ dolları dəyərində inşaat materialları Azərbaycan Respublikasına əksiksiz şəkildə ixrac edilmiş və “Voga Mobilya” şirkətinin Şəxs ASC şirkətinə qarşı hər hansı bir öhdəliyi mövcud deyildir. Məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC hərəkətlərində inzibati xəta tərkibi yoxdur, bu səbəbdən başlanmış inzibati xəöta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Göründüyü kimi barəsində protokol tərtib edilmiş Şəxs MMC ilə Türkiyə respublikasında fəaliyyət göstərən “Voga Mobilya” şirkəti arasında bağlanmış hər iki müqavilə üzrə cəmi 955.435,91 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin Sumqayıt filialından həmin şirkətin bank hesabına köçürülmüş və sifariş verilən məhsullar ölkəyə idxal edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş gömrük bəyənnamələri, icaçı bankın məktubları, o cümlədən “Voga Mobilya” şirkətinin şirkətə ünvanladığı cavab məktubundan bir daha öz təsdiqini tapmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53.1.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar