Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1007/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 mart 2023-cü il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci madəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat cərimə edilmişdir. Həmin qərardan narazı qalan Hikmət Salahov şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 mart 2023-cü il tarixdə barəsində MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokolda onun Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələbini pozduğu göstərilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələbini pozmuş və bununla bağlı 500 manat cərimə edilmişdir. Qeyd edir ki, o, istinad olunan inzibati xətanı törətməmiş, İXM-nin 271-ci maddəsinin tələbini pozmamışdır. Ona görə də barəsində qəbul edilmiş qərarla razılaşmır. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tətbqi edilən protokolun tarixi 06 mart 2023-cü ildir, lakin inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2023-cü ildə tərtib edilməsi göstərilmişdir. O, fərdi əməklə məşğul olan fəhlədir. Maddi imkanı çox acınacaqlıdır. Həmçinin şikayət ərizəsinə əlavə etdiyi foto şəkillərdən də açıq aydın görünür ki, o, etirbanamə əsasında idarə etdiyi ** ZX *** nömrəli Kamaz markalı yük avtomobili ilə yük maşınında olan torpağı Sumqayıt şəhəri S.Vurğun küçəsinin kənarı, Sumqayıt Zeynalabdin qəsəbəsi yolunun sağ tərəfinə boşaltmışdır. Həmin ərazi boş torpaq sahəsidir. Boşaltdığı yük də torpaqdır. Həmin ərazidə çəkilən foto şəkillərdən də açıq aydın görünür ki, həmin ərazi açıq boş torpaq ərazisidir və o da, elə boşaltdığı torpağı torpaq ərazisi olan yerə boşaltmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli əxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə görə Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 114.1 -ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 117.1 -ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.5-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunan normalara əsasən hesab edir ki, barəsində tərtib edilmiş qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 şikayətini müdafiə edərək bildirdi ki, hüç bir qanun pozmamışdır. O idarə etdiyi yük avtomobilində olan torpağı yuxarıda qeyd olunan torpaq sahəyə boşaltmışdır. Onun qeyd olunan əraziyə boşaltdığı yük protokolda qeyd edildiyi kimi hər hansı istehsalat və ya məişət tullantısı o cümlədən təhlükəli tullantı deyil, sadəcə torpaq olmuşdur. Məhkəmə iclasında çıxış edən 4 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 göstərdi ki, tərtib edilmiş qeyd olunan qərar qanuni və əsaslıdır, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 06 mart 2023-cü il tarixli, MN № ******* nömrəli protokola görə X4 idarə etdiyi **-ZX-*** dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük avtomaşını ilə məişət tullantıları və süxur qarışıq bərk tullantıları gətirib Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi kənarı, Sumqayıt-Zeynalabdin qəsəbəsi yolunun sağ tərəfinə boşaldaraq, qalaqlaması səbəbi ilə, sonuncu barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli MN № ******* saylı qərarına görə 06 mart 2023-cü il tarixli, MN № ******* nömrəli protokol əsasında X4 İXM-nin 271-ci maddəsində göstərilən inzibati xətanın törədilməsinə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 06 mart 2023-cü il tarixli, № 78005 saylı aktda X4 tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 47-ci maddəsinin, “İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci maddəsinin və AR NK-nin 21 aprel 2005-ci il tarixli 74 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq tənzimlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının tələblərini pozulduğu qeyd olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXMnin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır. “İstehsalat və məişət tullantıları haqqında” AR qanunun 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr hesab edilir. Həmin Qanunun 1-ci maddəsinə əsasən məişət tullantıları dedikdə (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar, təhlükəli tullantılar dedikə- tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar, təhlükəsiz tullantılar dedikdə - ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar hesab olunur. Həmin Qanunun 1-ci maddəsinə əsasən tullantıların identifikasiyası - pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru hesab olunur. Həmin qanunun 12-ci maddəsinı əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, tullantıların müxtəlif növləri vardır. Tullantının məhz hansı tullantı növünə aid olmasını müəyyən etmək üçün tullantıların identifikasiyası həyata keçirilməlidir. Tullantıların identifikasiyasının həyata keçirilməsi üçün aşkar edilmiş tullantıdan nümunə götürülməli və müvafiq ekspertizalar təyin edilməlidir. AR İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin Məcəllənin 102.1.-ci maddəsinə əsasən Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Lakin iş materiallarından da məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati araşdırılma aparılsa da, inzibati xətanın bilavasitə obyekti olmuş, Hikmət Salahov tərəfindən yuxarıda qeyd olunan əraziyə boşaldılmış yükün qanunvericilikdə göstərilmiş tullantıların məhz hansı növünə aid edilməsi araşdırılmamış, yalnız vizual müşahidə aparılmaqla tullantının növü müəyyən edilərək, protokol tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi inzibati xəta tərkibinin yaranması üçün Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, o cümlədən göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsini nəzərdə tutmuşdur. Qərardan şikayət vermiş Hikmət Salahov, eyni zamanda protokolu tərtib etmiş orqanın nümayəndəsi Taleh Əzizov tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkilə baxan zaman həmin tullantıların istehsalat və ya məişət tullantısı və ya təhllükəli tullantı növü olmadığını müəyyən etmək olur. Nəzərə alsaq ki, yuxarıda qeyd olunan əraziyə Salahov Hikmət tərəfindən boşaldılmış yükün məhz hansı tullantı növünə aid olması (əgər tullantıdırsa) xüsusi bilik tələb edən məsələ olduğundan və bu hal nəticədə şəxsin inzibati məsuliyyətə cəlb edilib edilməməsi hallarını müəyyən edəcək, belə olan halda məhkəmə hesab edir ki, bu kimi hallar müəyyən edilmədən əməldə inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı yekun qərar qəbul edilə bilməz. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli, MN № ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin 16 mart 2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 16 mart 2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X3 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1007/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1007/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver