Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1008/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş vəzifəli şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Vəzifəli şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarı ilə vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X3 məxsus “Green House” şadlıq sarayında atmosferə atılan tüstünün yol verilə bilən hədd normasından artıq olmasıdır. Həmin qərardan narazı qalan vəzifəli şəxs X4 şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vəzifəli şəxs X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndəsi “Green House” şadlıq sarayına gələrək İnzibati xəta haqqında MN №1762303 nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyil. Əvvəllər də cavabdeh təşkilat tərəfindən yoxlama aparılmış, lakin hər hansı bir pozuntu aşkar edilməmişdir. Şadlıq evinin yerləşdiyi ərazi yaşayış evlərinin ətrafında yerləşmir. Protokol yazılan gün şadlıq evində hər hansı bir kütləvi tədbir keçirilməmişdir. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. Lakin bunu necə müəyyən ediblərsə, onu protokolda göstərməyiblər. Həmçinin onun iştirakını təmin etməmişlər. Hətta protokolda onun imzasının qabağına imtina sözü yazmışlar ki, guya o imza etməkdən imtina etmişdir. Müvafiq qurumların rəyləri ilə şadlıq sarayında lazımi avadanlıqlar qurulmuş, vaxtlıvaxtında həmin qurğular xidmət göstərmiş, bu baxımından da şadlıq evi tərəfindən ətraf mühitə hər hansı formada normadan artıq zərərli tüstülər buraxılmır. Bir sözlə akt və protokol qərəzli tərtib edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmış, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslanıb. Hal-hazırki dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. İddiaçı təşkilatın iddiası da tam absurd və əsassızdır. Həmin təşkilat bu barədə şadlıq evinə müracitə etməmiş və heç bir akt yazılmamışdır. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmamış, mübahisəlnədirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin bu qərarından narazı qalan X4 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-265/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti qismən təmin olunmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətin təmin olunmamasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati material yenidən araşdırılıb baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndəsi “Green House” şadlıq sarayına gələrək İnzibati xəta haqqında MN №1762303 nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyil. Əvvəllər də cavabdeh təşkilat tərəfindən yoxlama aparılmış, lakin hər hansı bir pozuntu aşkar edilməmişdir. Şadlıq evinin yerləşdiyi ərazi yaşayış evlərinin ətrafında yerləşmir. Protokol yazılan gün şadlıq evində hər hansı bir kütləvi tədbir keçirilməmişdir. Protokolda göstərilmişdir ki, guya atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. Lakin bunu necə müəyyən ediblərsə, onu protokolda göstərməyiblər. Həmçinin onun iştirakını təmin etməmişlər. Hətta protokolda onun imzasının qabağına imtina sözü yazmışlar ki, guya o imza etməkdən imtina etmişdir. Müvafiq qurumların rəyləri ilə şadlıq sarayında lazımi avadanlıqlar qurulmuş, vaxtlıvaxtında həmin qurğular xidmət göstərmiş, bu baxımından da şadlıq evi tərəfindən ətraf mühitə hər hansı formada normadan artıq zərərli üstülər buraxılmır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X5 bildirdi ki, tərtib edilmiş akt əsasında inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı atmosferə atılan tüstünün miqdarı normadan artıq olmuşdur. Buna görə də İXMnin 233.1-ci maddəsi ilə protokol tərtib edilmiş, qərar qəbul edilmişdir. Şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-265/2023 saylı, xx.xx.2023cü il tarixli qərarında göstərilən halarla bağlı araşdırma apararaq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən materiallar götürülərək öyrənilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvələr Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən şadlıq saraylarında Xəzər Kompleks ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə birgə monitorinq aparılmış, Monitorinq zamanı Green House şadlıq sarayının tüstü bacasından qazlı tüstü çıxaraq ətraf ərazilərə yayılması müşahidə olunmuş, analiz-ölçmə işləri aparılmış, akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda ölçmə işləri sabit hava şəraitində şadlıq evinin ətraf ərazisində “ANKAT-7664” markalı səyyar ölçmə cihazı vasitəsilə aparılması nəticəsində CO-9,7 mq/m3 (norma – 5,0 mq/m3) etmişdir ki, bu da ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olmuşdur. Ölçmənin aparıldığı “ANKAT-7664” markalı səyyar ölçmə cihazının kalibrləmə sertifikatının surəti məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda da ölçmənin məhz həmin cihaz vasitəsilə aparıldığı göstərilmişdir. İnzibati xəta ilə bağlı və protokol tərtib edilməsi zamanı vəzifəli şəxsə məlumat verilmiş, o dəvət edilmiş, lakin iştirak etmək istəməmişdir. Bu məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq edilir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli Ç-BM/4323-182 saylı inzibati xətalar haqqında işlər üzlər bildirişdən görünür ki, Müşviq Rzayev barəsində İXM-nin 233.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsi, inzibati xəta ilə bağlı işə xx.xx.2023-cü il tarixində saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 77968 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Green House şadlıq sarayında aparılmış yoxlamalar zamanı bacadan çıxan zərərli tüstülərin miqdarı normadan artıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. “Green House” şadlıq sarayında aparılan yoxlamalar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur, bu kalibrləmə sertifikatı verilmiş cihazla yoxlanılaraq müəyyən edilmişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Şikayətçinin özünün göstərdiyi hallar da inzibati xəta hadisəsinin baş verməsini təsdiq edir. Müqaviləyə əsasən tüstü bacası quraşdırılması, bacanın təmizlənməsi, avadanlığın işlək vəziyyətdə olması inzibati xətanı istisna etmir. Monitorinq aparılan vaxt pozuntu müəyyən edilmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən bütün hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın qərəzli olması barədə də məhkəməyə sübut təqdim edilməmişdir. Həmin orqanın öz səlahiyyəti daxilində fəaliyyət göstərərək inzibati xəta hadisələrini qeydə alması qərəz kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs X1 şikayəti təmin edilməsin. Vəzifəli şəxs X1 Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1008/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1008/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver