Məhkəmə qərarları › İş №3(060)-101/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-101/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-101/2022 13.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Qubadlı rayonunda anadan olmuş, 2-ci qrup əlil, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 35/69, mənzil 42 ünvanında qeydiyyatda olan və ünvan 1a yaşayan Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs barəsində icra sənədi 28.10.2021-ci il tarixdə İcra İdarəsinə daxil olmuşdur. Borclu qərar və bildirişlə tanış edilmiş, lakin bu günə kimi ödəniş etməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, hal-hazırda qazancı çox aşağıdır. Ailə üzvləri və özü xəstədir. Ona görə də bu günə kimi cəriməni ödəyə bilməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Transtorakal exokardioqrafiya müayinəsinin nəticəsindən müəyyən olunur ki, sol mədəciyin sistola-diastolik ölçüləri genişlənib, sistolik funksiyası azalıb (LVEF-45%). Diastolik funksiyası relaksativ tipdə pozulub. Senqmentar divar hərəkət pozulması qeyd edilir. Sol qulaqcıq N, sağ boşluqlar genişlənib. Aorta kökü qalınlaşıb, qalxan (AsAo) və enən aorta (DsAo) N.Perikard vərəqələri arasında sol mədəciyin arxa divar nah.7mm, sağ mədəciyin ön divar 8mm, sağ qulaqcıq ətrafı 8mm maye qeyd edilir. İVS tamdır. İş materiallarına əlavə edilmiş TQS 027 nömrəli X1 müəyyən olunur ki, Şəxs şəkərli diabet tip2 orta ağır forma və Koronar angioplastik stent xəstəlikləri mövcuddur və 2-ci qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən, eyni zamanda 2-ci qrup əlil olduğunu nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib olunmuş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 06.01.2022-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar