Məhkəmə qərarları › İş №3(060)-1010/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1010/2024

11.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1010/2024 11.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə, Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 9 ünvanında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə 11 may 2024-cü il tarixli, MN № ******* saylı və 11 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşalrı inzibati ərazidə xidmət apararkən Şəxs onların qarşısına çıxmış, polislər onu nizam-intizama dəvət etsələr də, o, uca səsdən söyüş söymüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixində, gecə saat 00:15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində polis əməkdaşlarına tabesizlik göstərmişdir. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Məhərrəmov Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1010/2024 və 3(060)-1011/2024 №li işlər bir icraatda 3(060)-1010/2024 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X5 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Novxanı ərazisində ad günü məclisində yeyibiçdikdən sonra Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində saxladığı avtomobilini götürmüş və yolda olduğu vaxt təbii ehtiyac hiss etdiyindən avtomobili saxlayaraq yolun kənarında olan evlərin birinin hasarı yaxınlığında öz təbbi ehtiyacını ödəyərkən polis əməkdaşları ona yaxınlaşmışlar. Ondan nə etdiyini soruşduqda o, ehtiyacını ödədiyini bildirmişdir. Polis əməkdaşları onu tutaraq qoluna qandal vurmuş və onu öz avtomobillərinə əyləşdirərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Orada telefonuna baxış keçirmişlər. Bölmədə ona narkotik istifadəçisi olduğu bildirilmişdir. Lakin tibbi müayinə zamanı narkotik vasitədən istifadə etmədiyi aşkara çıxmışdır. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Nurlan Bayramov izahat verərək bildirdi ki, Corat qəsəbəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin qaranlıq küçədə özgənin həyətinə boylandığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həyətə nə üçün boylandığı soruşulduqda "əcəb edirəm, siz kimsiniz” cavabını vermişdir. Həmin şəxsə bir daha polis əməkdaşı olduqlarını bidirmişlər və PB-yə dəvət etmişlər. Lakin şəxs onlarla ucadan qışqırıb nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Onlar şəxs Şəxs nizam-intizama dəvət edib sakitləşdirsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Həmin şəxsin nəfəsindən kəskin spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Şəxs onlara qarşı fiziki müqavimət göstərməyə başlamış və ucadan nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən məcbur olaraq onun qoluna qandal vurmuş və zorla onu avtomobilə oturdub polis bölməsinə gətirmişlər. İş materialında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 00:30-da azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, ŞəxsİXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs 200 manat inzibati cərimə tətbiq edilməli, inzibati qaydada tutulduğu 1 gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 150 manat cərimə saxlanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən vəİXM-in 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 150 (yüz əlli) manat məbləğində inzibati cərimə saxlansın. Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar