Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1013/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Nümayəndə1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, 2-ci qrup əlil, evli, 2 azyaşlı uşağı olan, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 32, H.Əliyev prospekti, yataqxana 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokolları əsasında inzibati xəta haqqında materiallar daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25.04.2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1015/2022, 3(060)-1016/2022, 3(060)- 1013/2022, 3(060)-1014/2022, 3(060)-1017/2022 və 3(060)-1018/2022 №-li işlər bir icraatda 3(060)-1013/2022 nömrə ilə birləşdirilməsi, 3(060)-1015/2022, 3(060)-1016/2022, 3(060)-1014/2022, 3(060)-1017/2022 və 3(060)-1018/2022 №-li işlər birləşdirildiyi üçün həmin nömrələr üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li, 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li və 25.04.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 23.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeyanalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində X9 məxsus bağın su sayğacını oğurlamışdır. Bundan başqa o, 30.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən X1 məxsus bağ sahəsinin hasarına qoyulmuş su sayğacını oğurlamışdır. Bundan başqa o, 17.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən X4 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Bundan başqa o, 24.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən X10 məxsus bağ sahəsinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan başqa o, 30.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan küçəsində yerləşən X2 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Bundan başqa o, 24.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən X5 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxsnın barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin polis sahə rəisi Nümayəndə1 tərtib etdiyi protokollara uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 23.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeyanalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində X9 məxsus bağın su sayğacını oğurlamışdır. Bundan başqa o, 30.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən X1 məxsus bağ sahəsinin hasarına qoyulmuş su sayğacını oğurlamışdır. Bundan başqa o 17.03.2022ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən X4 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Bundan başqa o, 24.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən X10 məxsus bağ sahəsinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan başqa o, 30.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan küçəsində yerləşən X2 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Bundan başqa o, 24.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən X5 məxsus bağ sahəsinin su sayğacını oğurlamışdır. Əməlindən peşmandır, 2-ci qrup əlilliyi vardır, 2 azyaşlı uşağı vardır, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs bir daha belə əməllərə yol verməyəcəyini, 2 azyaşlı uşağının olmasını və 2 qrup əlil olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 göstərdi ki, 18.03.2022-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən X9 məxsus bağ sahəsinin hasarına quraşdırılmış Azərsu ASC-nin balansında olan CSS-20 markalı, 49904809 nömrəli, dəyəri 88,58 manat olan mexaniki su sayğacı oğurlanmışdır. 30.03.2022-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən X1 məxsus bağ sahəsinin hasarına quraşdırılmış Azərsu ASC-nin balansında olan CSS-20 markalı, 49965450 nömrəli, dəyəri 8858 manat olan mexaniki su sayğacı oğurlanmışdır. 17.03.2022-ci il tarixində ünvan 1 ünvanında yaşayan X3 məxsus bağ evinin hasarına quraşdırılmış Azərsu ASC-nin balansında olan CSS-20 markalı, 19097432 nömrəli, dəyəri 88,58 manat olan mexaniki su sayğacı oğurlanmışdır. 24.03.2022-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən X10 məxsus bağ sahəsinin hasarına quraşdırılmış Azərsu ASC-nin balansında olan CSS-20 markalı,19007115 nömrəli, dəyəri 88,58 manat olan mexaniki su sayğacı oğurlanmışdır. 30.03.2022-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ağaoğlan küçəsi ərazisində yerləşən X2 məxsus bağ sahəsinin hasarına quraşdırılmış Azərsu ASC-nin balansında olan CSS-20 markalı, 21209146 nömrəli, dəyəri 88,58 manat olan mexaniki su sayğacı oğurlanmışdır. 23.03.2022-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci qəsəbə ərazisində yerləşən X5 məxsus bağ sahəsinin hasarına quraşdırılmış Azərsu ASC-nin balansında olan CSS-20 markalı, 30805 nömrəli, dəyəri 88,58 manat olan mexaniki su sayğacı oğurlanmışdır. Şəxs onlara dəyən ziyanı tələb edir, barışmamışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02.04.2022-ci il, 08.04.2022-ci il, 27.03.2022-ci il, 08.04.2022-ci il, 04.04.2022-ci il və 02.04.2022-ci il tarixli qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxsnın məsuliyyətini yüngülləşdirən hallar, 2 azyaşlı uşağının olması, 2-ci qrup əlil olması və onun hərəkətindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-nin 28.4.1-ci maddəsinə əsasən ictimai işlər birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34- 1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1013/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1013/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver