Məhkəmə qərarları › İş №3(060)-1018/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1018/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1018/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, X1, X2 etibarnamə üzrə nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonu, Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, həyət evi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26871 və 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilmir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X10 məhkəmə iclasında bildirdi ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26871 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X6 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti və Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X4 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqında qərar qəbul olunaraq tərəflərə göndərilmiş, bildirişlə tanış olunmuşlar və icra sənədləri bir icraatda birləşdirilmişdir. Sorğular verilmiş və borclunun adına heç bir əmlak və digər gəlirlər aşkar olunmamış, ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat cərimə olunmuşdur. İcraqeydi olduğundan digər icra tədbirləri həyata keçirmək mümkün olmamışdır. Borclu mart ayının əvvəli "xxxx" MMC-də mühafizəçi vəzifəsində işə başlamış və borc onun əmək haqqına yönəldilmişdir. Əmək haqqı 320 (üç yüz iyirmi) manat təşkil etdiyindən hər ay 160 (bir yüz altmış) manat tutulur. Tələbkarlar borcun tam ödənilməsini tələb edirlər. Ödəniş tam olunmadığına görə borclu barəsində il ərzində təkrar olduğu üçün Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ- 26871 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X6 xeyrinə ondan müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti və Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26873 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən X4 xeyrinə ondan müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti tutulmalıdır. Həmin məbləğləri tələbkarlara pensiya düzəltmək üçün onlardan almış və başqa şəxsə vermişdir. Hal-hazırda həmin şəxsə cinayət işi açılmış, istintaq aparılır və o da həmin cinayət işi üzrə şahid qismində cəlb olunmuşdur. Pərvanə xanıma 2000 (iki min) manat ödəniş etmiş, cəmi 9000 (doqquz min) manat borcu qalmışdır. Mart ayının əvvəli "xxxx" MMC-də mühafizəçi vəzifəsində işə başlamış və borc onun əmək haqqına yönəldilmişdir. Əmək haqqı 320 (üç yüz iyirmi) manat təşkil etdiyindən hər ay 160 (bir yüz altmış) manat tutulur, başqa qazancı olmadığına görə həmin məbləğdən artıq ödəniş edə bilmir. Halhazırda himayəsində 02 (iki) azyaşlı uşağı olduğunu, kirayədə yaşadığını və gələcəkdə borcları hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam veilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən onun xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti tutulmalıdır. Həyat yoldaşının xəstə olduğunu və əlil arabası ilə hərəkət etdiyini bildirdi. Borcun tələbkar tərəfindən tam ödənilməsini tələb edir. İcra qeydindən sonra heç bir ödəniş etməmişdir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26871 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X6 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti tutulmalıdır. X12 onun atasıdır. Borclu bu günədək heç bir ödəniş etməmişdir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26871 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, X6 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, X4 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 5500 (beş min beş yüz) manat borc və ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu olmaqla, 5525 (beş min beş yüz iyirmi beş) manat pul vəsaiti tutulması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26871 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində icra məmurunu, tələbkarı və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt regional “Asan xidmət” mərkəzinin Notariat Ofisinin 8İ-26871 və 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilmir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 13 may 2024-cü il, saat 16:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar