Məhkəmə qərarları › İş №3(060)-102/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-102/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-102/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Bakı şəhər X4 İdarəsinin inzibati xəta haqqında iş üzrə 16 dekabr 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin 16.09.2021-ci il tarixli, İXP ******* saylı protokoluna əsasən çıxarılmış 16.12.2021-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, 16.12.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. O həmin qərarla razı deyildir. O, idarə etdiyi Mercedes Benz markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən BDYPİ inspektoru tərəfindən saxlanılmış və həmin vaxt Neftçilər prospekti 83-də barəsində İXP4192141 saylı protokol tərtib olunmuşdur. Protokolla onun 327.1-ci əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yolverdiyi yəni manevr edərkən sürətin azalması nəticəsində arxadan gələn avtomobilin dayanması yəni ona maneə yaratmasını demiş, o, isə ona manevr etməzdən əvvəl dönmə işığını 20-30 metr qalmış yandırdığını və onun arxasınca gələn avtomobilin sola dönmə nişanı verdiyini gördüyü üçün sağ zolağa çıxaraq hərəkətini davam etdirə biləcəyi təqdirdə ara məsafəsi saxlamış dayanmağı seçdiyini bildirmiş və ona maneə zolağında olmadığını bildirsə də ona sübut etmədən protokolu tərtib etmiş və çox kobud formada hara şikayət edirsən et demişdir. O da, BDYPİ-nə şikayət etmiş onların da işə düzgün baxmamasına görə axrıncı yol məhkəməyə şikayət etməyi seçmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 10.01.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 21 yanvar 2022-ci il tarixə təyin edilmiş, lakin şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işin baxılmasını 24 yanvar 2022-ci il tarixə təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Bakı şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Bakı şəhər X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayətə uyğun izahat verərək barəsindəki 16.12.2021-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X2 barəsində 16.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 16 dekabr 2021-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40,00 (qırx) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X2 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Bakı şəhər X4 İdarəsinə X2 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin materialları (sübutları) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən idarə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Bakı şəhər X4 İdarəsi X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhər X4 İdarəsinin X2 barəsindəki TP ******* №li 16 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar