Məhkəmə qərarları › İş №3(060)-102/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-102/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-102/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, X2 qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 48 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №li protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024cü il tarixdə, saat 11:23 radələrində sürücü Şəxs “VAZ 21074 minik” markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtülməsi səsləri çıxarılmaqla avtoxuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 08 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəxs avtoxuliqanlıq hərəkətləri etmiş və etdiyi hərəkətlər sosial şəbəkədə yayımlanmışdır. Avtomobili qəflətən sürətləndirməklə asfalt örtüyündə izlər buraxmışdır. Qeyd olunanlar videogörüntülərdə vardır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə çörək almaq üçün marketə getmiş, hava çiskinli olmuş, oradan geri dönüş edərkən yer sürüşkən olduğu üçün avtomobilin arxası sürüşmüş, sürüşən kimi yerində saxlamış və idarəetməni tənzimlədikdən sonra yavaş-yavaş yoluna davam etmişdir. Sonra qonşular vasitəsi ilə bilmişdir ki, onun avtomobili “Tik-tok” sosial şəbəkəsində paylaşılmışdır. Onu ayın 1-i polis idarəsinə dəvət etmişlər, həmçinin videonu paylaşan şəxsi də çağırmışlar. Videoya başqa səslə düzəliş etmişlər. Bölmədə onu müavin qəbul etmiş və ona bildirmişdir ki, izahatında göstərsin ki, qəflətən geri dönüş edərkən yer yaş olduğu üçün maşının arxası sürüşdü, bu əməlim avtoxuliqanlıqdır və əməlimdən peşmanam. O da avtoxuliqanlıq etmədiyini bildirmişdir. Bundan sonra yol polis əməkdaşlarını dəvət etmişlər, onun izahatını almışlar. Onun videosunu paylaşan uşağın 9 yaşı vardır, onun valideyninə də bu barədə məlumat vermişdir. Onun avtoxuliqanlıq niyyəti olmamışdır, avtomobilin texniki vəziyyətinə və asfaltın yaş olmasına görə avtomobil sürüşmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, şəxs bildirir ki, onun avtoquliqanlıq etmək niyyəti olmamışdır, sübutetmə vəzifəsi protokol tərib etmiş şəxsin üzərinə düşür, videogörüntüdən müşahidə olunur ki, şəxs sadəcə dönür, burada davamlı olaraq yol hərəkəti qaydalarının pozulmasından söhbət gedə bilməz, şəxs ani olaraq dönüş edərək normal olaraq hərəkətinə davam edir. Bununla da hüquqlarını müdafiə etdiyi şəxsin əməlində İXM-nin 511.1.3-cü maddəsinin tərkibi yoxdur. Qeyd olunan xüsusatları nəzərə alaraq əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçini və protokol tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, “VAZ 21074 minik” markalı **- DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində hərəkət edərək avtomobili qəflətən sürətləndirməklə anidən geriyə dönüş etməsi nəticəsində avtomobilin arxa hissəsi sürüşmüş və sürücü avtomobilin istiqamətini tənzimləyərək yoluna davam etmişdir. Azərbaycan Respublikası İXM-nin: - 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: -511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında vediyi izahatını özünümüdafiə xarakteri və cəzadan boyun qaçırmaq məqsədi kimi qiymətləndirir. Halbuki iş materiallarından görünür ki, barəsində inzibati icraat aparılan Şəxs ilkin izahatından təqsirini etiraf edərək, əməlindən peşman olmuş, gələcəkdə bu kimi hallara yol verməyəcəyi barədə izahat vermişdir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar