Məhkəmə qərarları › İş №3(060)-1020/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1020/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1020/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Tarverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Eldar Abdulalyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Suqmayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1970-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yerləşən fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 25 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 25 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:05 və xx.xx.2025-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt ŞPİ-nin 5ci PB-nə gələrək yüksək səslə danışmış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayev tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:05 və xx.xx.2025-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gələrək yüksək səslə danışmış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Aparılan araşdırma zamanı Şəxs ictimai qaydanı pozaraq qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi halları müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, qızı İlhamə ilə zibil toplayan polis əməkdaşları onlara yaxınlaşmış və qızı İlhaməni götürüb bölməyə aparmışlar. O da polis əməkdaşlarının dalınca bölməyə gəlmişdir. Bu zaman polis əməkdaşları onun qızını sürümüşlər. Buna görə də o, səs-küy salmış, lakin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmişlər. xx.xx.2025-ci ildə də qızının işi ilə bağlı 5-ci Polis Bölməsinə getmiş və orada qızının saxlanılmasına öz etirazını bildirmişdir. Lakin, heç kimi təhqir etməmiş və ictimai qaydanı pozmamışdır. Göstərilən halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Suqmayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə ediyi şəxs qızını müdafiə etmək polis bölməsinə yalnız öz etirazını bildirmişdir. Ona görə də Şəxs əməlində inzibati xəta tərkibi yaranmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:00-dan xx.xx.2025-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində bölmənin əməliyyat qrupunun tərkibində polis sahə rəisi kimi xidmətdə olan zaman xx.xx.2025-ci il tarixdə saat 17:05 radələrində Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsi ərazisində fərdi evdə yaşayan Şəxs və Kərimova İlhamə Rafiq qızı Sumqayıt Şəhər Məhkəməsində qəbul edilmiş qərara etiraz əlaməti olaraq polis bölməsinə gələrək bölmənin həyətində yüksək səslə danışadanışa inzibati binaya daxil olmuşlar, bölmənin inzibati binasında “Növbətçi hissə”nin qarşısında yüksək səslə danışıb səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək öz əməllərinə 25 dəqiqə davam etmiş və bölmənin iş rejimini əhəmiyyətli dərəcədə pozmuşlar. Onların səsinə bölmənin inzibati binasının 1-ci və 2-ci mərtəbəsində otaqlarda olan əməkdaşlar “Növbətçi hissə”nin qarşısına gələrək Naxış və İlhamə Kərimovalara etdikləri əməlin qayda pozuntusu olduğunu izah etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X4 digər şahid X1 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid Kərimova İlhamə Rafiq qızı izahatında bildirmişdir ki, o, başqa işlə bağlı polis bölməsinə ərizə yazmışdır. Ərizə ilə bağlı 5-ci Polis Bölməsində araşdırma aparılmış, şikayət etdiyi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Lakin, protokol məhkəməyə gec göndərildiyi üçün iş üzrə icraata xitam vermişdir. Buna görə də o, bölməyə getmiş, rəisin qəbulunda olmuş və rəislə sözlə mübahisə etmişdir. Bundan sonra polis əməkdaşları onu küçədə tutub bölməyə aparmışlar və onu təhqir etmişlər. Anası da buna görə polislərə öz etirazını bildirmiş, lakin heç kimi təhqir etməmiş və ya polis bölməsində hər ictimai qaydanı pozmamışdır. İş materiallarında olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasında çəkilmişdir. Görüntülərdə Şəxs bölmənin içəsində yüksək səslı qışqırması, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi və dəfələrlə nizam-intizama dəvət edilsə də öz hərəkətlərini davam etdirməsi müşahidə edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi mövcuddur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alıraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, inzibati cərimənin məbləği müəyyən edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir gün müddətə inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 31.4- 1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar