Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1021/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə, Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, ev 4, mənzil 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 491.3 və 492.1 -cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 00100-0073/22 nömrəli 22 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan «XƏZƏRTÜRK LTD” MMC-nin ünvanına Qazaxıstan Respublikasından 95748943 nömrəli vaqonla Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil omuş və Sumqayıt Baş Gömrük İdarəsində **********8273 sorğu nömrəli 20.04.2022-cil tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən, gömrük orqanın elektron sistem üzərindən bəyannamə buraxılışa verilmədən, ümumi çəkisi 70000 kq. 3cu sinif ərzaqlıq buğda yükü «XƏZƏRTÜRK LTD” MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında 95748943 nömrəli vaqona vurulmuş plomb gömrük orqanın icazəsi olmadan qırılaraq gömrük nəzarəti altında olan buğda yükündən prob və nümunələr götürüldüyü müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı «XƏZƏRTÜRK LTD” MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında 95748943 nömrəli vaqona vurulmuş plomb gömrük orqanın icazəsi olmadan qırılaraq gömrük nəzarəti altında olan buğda yükündən prob və nümunələr götürüldüyü müəyyən edilmişdir. Nəticədə «XƏZƏRTÜRK LTD” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da «XƏZƏRTÜRK LTD” MMC barəsində İXM-in 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 00100-0073/22 nömrəli 22 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan «XƏZƏRTÜRK LTD” MMC-nin ünvanına Qazaxıstan Respublikasından 95748943 nömrə nömrəli vaqonla Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil omuş və Sumqayıt Baş Gömrük İdarəsində **********8273 sorğu nömrəli 20.04.2022-cil tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən, gömrük orqanın elektron sistem üzərindən bəyannamə buraxılışa verilmədən, ümumi çəkisi 70000 kq. 3-cu sinif ərzaqlıq buğda yükü «XƏZƏRTÜRK LTD” MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında 95748943 nömrəli vaqona vurulmuş plomb gömrük orqanın icazəsi olmadan qırılaraq gömrük nəzarəti altında olan buğda yükündən prob və nümunələr götürüldüyü müəyyən edilmişdir. Beləliklə, «XƏZƏRTÜRK LTD” MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında 95748943 nömrəli vaqona vurulmuş plomb gömrük orqanın icazəsi olmadan qırılaraq gömrük nəzarəti altında olan buğda yükündən prob və nümunələr götürüldüyü müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi Əhməd Hüseynov tərəfindən verilmiş raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan «XƏZƏRTÜRK LTD” MMC-nin idxal etdiyi yük SBGİdə **********8273 saylı GB-ilə qeydiyyata alınmışdır. GB-nin rəsmiləşdirilməsi başa çatmadan 95748943 nömrəli vaqonda gömrük orqanın icazəsi olmadan gömrük təminatının pozulması və mallardan prob və nümunələr götürüldüyü aşkar edilmişdir. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin böyük inspektoru X5, həmin şöbənin baş inspektoru X3 və «XƏZƏRTÜRK LTD” MMC-nin satış meneceri vəzifəsində çalışan, etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən tərtib edilmiş 20.04.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan «XƏZƏRTÜRK LTD” MMC-nin ünvanına Qazaxıstan Respublikasından 26 nömrəli 06.04.2022-ci il tarixli invoys sənədi əsasında 95748943 nömrəli vaqonla daxil olan və Sumqayıt Baş Gömrük İdarəsində **********8273 sorğu nömrəli 20.04.2022-cil tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən 70000 kq., 3-cu sinif buğda yükünün gömrük rəsmiləşdirilməsi başa çatmadan (gömrük bəyannanməsi buraxılışa verilmədən) «XƏZƏRTÜRK LTD” MMC tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında yerləşən anbarda qeyd olunan vaqona tətbiq edilmiş plombun qırıldığı tərəflərindən müəyyən edilmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin nümayəndəsi X1-sual edilməsi haqqında protokoldan görünür ki, «XƏZƏRTÜRK LTD” MMC-nin ünvanına Qazaxıstan Respublikasından 95748943 nömrəli vaqonla göstərilən cəmi çəkisi 70000 kq ərzaqlıq buğda yükü daxil olmuş və tərəflərindən Sumqayıt Baş Gömrük İdarəsində **********8273 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük bəyannaməsi gömrük orqanı tərəfindən buraxılışa verilmədən 20.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında yerləşən anbarda vaqona vurulmuş plomb tərəflərindən qırılmış və gömrük orqanının icazəsi olmadan buğdanın keyfiyyətinin müəyyən edilməsi üçün buğda yükündən təxminən 1-2kq nümunə götürülmüşdür. Gömrük qaydalarının pozulduğunu etiraf edərək, qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını bildirmişlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan «XƏZƏRTÜRK LTD” MMC-nin ünvanına Qazaxıstan Respublikasından 95748943 nömrə nömrəli vaqonla Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil omuş və Sumqayıt Baş Gömrük İdarəsində **********8273 sorğu nömrəli 20.04.2022-cil tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən, gömrük orqanın elektron sistem üzərindən bəyannamə buraxılışa verilmədən, ümumi çəkisi 70000 kq. 3-cu sinif ərzaqlıq buğda yükü «XƏZƏRTÜRK LTD” MMC-nin istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolu 29-cu km, 3G ünvanında 95748943 nömrəli vaqona vurulmuş plomb gömrük orqanın icazəsi olmadan qırılaraq gömrük nəzarəti altında olan buğda yükündən prob və nümunələr götürüldüyü müəyyən edilmişdir. Nəticədə «XƏZƏRTÜRK LTD” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 491.3 maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən «XƏZƏRTÜRK LTD” MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «XƏZƏRTÜRK LTD” MMC İXM-in 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «XƏZƏRTÜRK LTD” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1021/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1021/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver