Məhkəmə qərarları › İş №3(060)-1021/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1021/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1021/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt şəhər Məhkəməsinin hakimi Quliyev Ramiz Mübariz oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmin protokol 3(060)-1021/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati iş kimi qeydiyyata alınmışdır. Müəyyən edilmişdir ki, müxtəlif vaxtda baş vermiş hadisələrə görə Şəxs barəsində İXM-nin 510-cu maddəsinə əsasən iki protokol tərtib edilmiş, baxılması üçün eyni vaxtda məhkəməyə verilmişdir. Şəxs barəsində həmin məcəllənin 510-cu maddəsinə əsasən tərtib edilmiş digər inzibati xəta haqqında protokol hazırda 3(060)-1020/2025 nömrə ilə məhkəmənin icraatındadır (hakim Samir İsmayılov). Məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəmənin icraatında olan 3(060)- 1021/2025 saylı, xx.xx.2025-ci il tarixli iş digər yəni 3(060)-1020/2025 saylı işə birləşdirilməli, 3(060)-1021/2025 saylı işin baxılmasına xitam verilməlidir. İXM-nin: - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2 və 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəxs barəsində olan hazırki 3(060)-1021/2025 nömrəli iş, eyni maddə ilə həmin şəxs barəsində olan məhkəmənin icraatındaki digər 3(060)-1020/2025 nömrəli işə birləşdirilsin və hazırki işin baxılmasına xitam verilsin. HAKİM: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar