Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1022/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Sumqayıt doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunmuşdur. Sumqayıt ŞPİ-nin X4 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi “X3” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Azərbaycan prospekti ərazisində hərəkətdə olan zaman yol polis əməkdaşları reyd əsasında onu saxlamışdır. Həmin vaxt nəqliyyat vasitəsində ondan başqa daha 2 dostu olmuşdur. Yol polis əməkdaşı ona nəqliyyat vasitəsindən narkotik vasitə qoxusu gəldiyini, bu səbəbdən onu Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etmiş, o heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə tibbi müayinəyə getmişdir. O, Narkoloji Dispanserdə ekspress test üsulu ilə müayinədən keçmiş, nümunəni özü təqdim etmiş, həmin vaxt dispanserdə ondan başqa kənar şəxs olmamışdır. Müayinə nəticəsində marixuana qəbul etməsi faktı aşkar edilmiş, o etiraz etmiş, polis əməkdaşları ona narkotik vasitənin satışı ilə məşğul olduğunu, barəsində cinayət işi başlanılacağı bildirildiyini qeyd etmişdir. O, həmin vaxt tanışları arasında qınaq obyektinə çevriləcəyinədən qorxmuşdur. Polis əməkdaşları ona 600 manat cərimə olunacağını, işin burada bağlanılacağını, məhkəməyə getməyəcəyini qeyd etmişlər. O da məsələnin çox böyüməməsi üçün cəriməni ödəməyə razı olduğunu bildirmişdir. Bildirir ki, o, ümumiyyətlə heç bir zaman narkotik vasitə istifadəçisi olmamışdır. İnternet informasiya resurslarından əldə etdiyi məlumatlara əsasən kannabinodilərin növü olan narkotik vasitə marixuana qanda qalma müddəti təxminən 5-6 ay təşkil edir. Məhz bu səbədən o, öz təşəbbüsü ilə bir ay sonra yəni 25 may 2024-cü il tarixdə “Bakı şəhəri Narkoloji Mərkəzində” narkotik vasitələrin sidikdə təyini barədə analiz vermiş, nəticəsi neqativ olmuşdur. Öz təşəbbüsü ilə müayinədən gec keçməsinə səbəb işdən çıxa bilməməsi, həmçinin polis əməkdaşlarının ona 25 aprel 2024-cü il tarixdə məsələnin burada bağlanılması ilə bağlı söylədikləri söz olmuşdur. Araşdırma dövründə etirafedici izahat verməsinə səbəb qorxması və qınaq obyekti olmaq istəməməsi olmuşdur. Bir daha qeyd edir ki, o, heç bir zaman narkotik vasitə qəbul etməmişdir. Bildirir ki, iş yeri uzaq olduğundan avtomobillə getməyə məcbur qaldığından sürücülük hüququnun məhudulaşdırılmasını istəmir. Əgər məhkəmə onu bu inzibati xətanın törədilməsində təqsirli bilərsə, o zaman məhkəmədən cərimə olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1937 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:40-da müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 1937 nömrəli protokoldan görünür ki, “X3” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli, BD 011627 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, sonuncu öz əməlini etiraf edərək narkotik vasitə-marixuana qəbul etdiyini, törətdiyi cinayətə görə məsuliyyət daşımağa razı olduğunu qeyd etmişdir. Şəxs tərəfindən təqdim edilmiş 25 may 2024-cü il tarixdə “Bakı şəhəri Narkoloji Mərkəzində” narkotik vasitələrin sidikdə təyini barədə müayinə aktından görünür ki, müayinə zamanı sonuncuda heç bir narkotik vasitə istifadə etməsi faktı aşkar edilməmiş, nəticə neqativdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun yuxarıda göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1937 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, öz təsdiqini tapır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Məhkəmə Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi ilə bağlı fikirlərinə tənqidi yanaşaraq hesab edir ki, o, cari məhkəmə iclasında məsuliyyətdən yayınmaq və məsuliyyətini yüngülləşdirmək üçün təqsirsizliyi barədə bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir, məhkəmə iclasında tədqiq edilən digər sübutlarla tam təkzib edilir. Onun əməli yuxarıda qeyd olunan hallarla tam sübuta yetirilir. Belə ki, Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Bakı şəhəri Narkoloji Mərkəzində” 25 may 2024-cü il tarixli yoxlama aktında sonuncuda heç bir narkotik vasitə qalığının aşkar olunmadığı qeyd olunsa da, məhkəmə hesab edir, Şəxs “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” protokolda qeyd olunan müayinənin aparıldığı vaxtla (xx.xx.2024-cü il), Cəbrayılovun təşəbbüsü ilə aparılmış müayinənin vaxtı (25 may 2024-cü il) arasında bir ay müddət keçmişdir. Şəxs məhkəmə iclası zamanı izahatında narkotik vasitə marixuananın qanda təxminən 4-5 ay ərzində qaldığını bildirmişdir. Şəxs öz izahatında müayinədən ilkin müayinədən 1 ay sonra keçməsini müxtəlif səbəblər xüsusən işdən çıxa bilməməsi, işdən icazə ala bilməməsi ilə əsaslandırmağa çalışsa da məkəmə hesab edir ki, bu dəlillər əsassızdır, bu addımlar sonuncunun məsuliyyətdən yayınmaq və ya məsuliyyətini yüngüləşdirmək məqsədilə atılmışdır. Yaxınları arasında qınaq obyektinə çevrilmək istəməyən, narkotik vasitədən ümumiyyətlə istifadə etməyən istənilən şəxs ilkin müayinənin nəticələrinə inanmadığı halda, bu cür ittihamların qarşısını almaq məqsədilə ilkin müəyinədən dərhal sonra hər hansı özəl və ya dövlət tibb müəssisəssində yenidən müayinədən keçməli, əldə edilmiş müsbət nəticəni protokol tərtib etmiş orqana təqdim edə bilərdi. Lakin işin məhkəmə tərəfindən müəyyən edilən hallarından müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs nə az nə çox 1 ay sonra yenidən tibbi yoxlanışdan keçmiş və əldə edilmiş nəticəni məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, sonuncunun müayinədən hadisənin baş verməsindən bir ay sonra keçməsinə əsas səbəb onun narkotikin qandan sovrulmasından məlumatlı olması olmuşdur. (bu həmçinin şəxsin öz təşəbbüsü-qanın təmizlənməsi və s. yollar ilə də mümkündür). Məhkəmə bu səbəbdən hesab edir ki, şəxs ixtisaslı həkimlərin dəstəyi nəticəsində aparılmış müalicə əsasında qanında narkotik vasitənin 1 ay ərzində aşkar edilməməsinə nail olmuşdur. Bundan başqa “Sms xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə” bildirişdən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə sms-bildiriş xx.xx.2024-cü il tarixdə, saat 12:45-da göndərilmiş, həmin tarixdə sms-bildiriş Şəxs çatmış, lakin sonuncu nədənsə yenə də həmin və ya ertəsi gün deyil, məhz daha on gün gözləyərək 25 may 2024-cü il tarixdə (məhkəmə iclasından 02 gün əvvəl) tibbi müayinədən keçmişdir. Belə olanda halda məhkəmə qeyd edir ki, Şəxs özünü təqsirli bilməyərək gətirdiyi dəlillər məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə edilmişdir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”-nə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərək narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı . İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində avtomobil idarə edib həm özü, həm də yol hərəkətinin digər iştirakçılarının həyat və sağlamlığını təhlükə altına altmış olduğunu, həm şəxsin özünün həm də digər sürücülər tərəfindən gələcəkdə yenidən eyniməzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasını təmin edilməsi üçün Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırması növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1022/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1022/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver