Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1023/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi Səbuhi Mansurzadənin, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1954-cü ildə Rusiya Federasiyası, Krasnoyars ölkəsi, Açinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Səbuhi Mansurzadə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi Səbuhi Mansurzadə izahatında bildirmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə AR DİN 102 xidmət mərkəzinə müraciət edərək, həmçinin ərizə ilə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə müraciət edərək Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində tanımadığı qadın və onun qızı tərəfindən döyüldüyünü bildirmişdir. Müraciət üzrə araşdırm aparılarkən X2 şikayət etdiyi şəxslərin Şəxs və onun qızı X6 olması müəyyən edilmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı tərəflərin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edillmişdir. Qeyd edilən qərar olduğu üçün Şəxs və onun qızı X6 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. X4 barəsində olan işə məhkəmədə baxılmış və cərimə edilmişdir. Göstərilən halları, Aşırova Ofelyanın da cərimə edilməsini nəzərə alaraq Şəxs barəsində heç bir inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində tanımadığı qadın yaşadığı evin qapısını döyərək kanalizasiya pulu yığdığını demiş, bu zaman qızı Ofelya Aşirova da onun yanında olmuşdur. O, həmin qadına o biri qapılardan yığdıqdan sonra onun qapısına gəlməyi xahiş etmiş, lakin sonuncu onların ünvanına nalayiq söz-ifadə işlədərək çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində yaşadıqları evin qapısı döyülmüş, o, gedib qapını açmış, qapının arxasında olan Aytəkin ona anasını niyə söydüyünü demiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Aytəkini sakitləşdirmək üçün onun əlindən tutmuş, lakin sonuncu sakitləşməmiş və onlarla mübahisəni davam etdirmişdir. Daha sonra qızı Aytəkini evin içərisinə salmışdır. Aytəkin onun və qızının ünvanına nalayiq ifadələr işlətmişdir. Qızı Aytəkinin dediyi ifadələrə dözməmiş və sonuncunun üzərinə getmiş, lakin hər hansı xəsarət yetirməmişdir. Onun tərəfindən Aytəkinə hər hansı xəsarət yetirilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında onun yaşadığı ərazidə luk tutulduğu üçün anasıgilin həyətində birləşən lukların təmiri üçün qonşulardan pul yığmaq zərurəti yaranmışdır. Onun anası sakinlərdən birinin qapısını döyən zaman qapını yaşlı qadın açmış, onun anasına “bayramın qara gəlsin” dediyi üçün anası bundan pis olmuş ağlamışdır. Bu barədə anası ona zəng edərək demiş, səhəri gün o, özü həmin ünvana getmiş və qapını döymüşdür. Şəxs qapını açmış və o, həmin qadına nə üçün anasını söydüyünü demişdir. Bu zaman həmin qadın ona əl atmış, sağ əlini cırmaqlamış, bu zaman həmin qadının qızı çölə çıxmış, onun ünvanına nalayiq söz-ifadələr işlətmiş və onun sol əlinə xəsarət yetirmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etmiş şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Nadejda Yusifovna zərərçəkmiş şəxsin onu mobil telefonla çəkdiyini və üzərinə gəldiyini görərək onun əlini geri itələmiş, lakin sonuncuya xəsarət yetirməmişdir. Təqdim edilmiş video görüntülərdən də bu aşkar şəkildə görünür. Göstəriıən halları nəzərə alaraq də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində tanımadığı qadın yaşadığı evin qapısını döyərək kanalizasiya pulu yığdığını demiş, anası Şəxs həmin qadına o biri qapılardan yığdıqdan sonra axırda onun qapısına gəlməyi demişdir. Lakin, həmin qadın onların ünvanına nalayiq ifadələr işlədərək çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində yaşadıqları evin qapısı döyülmüş, anası qapını açmışdır. O, səs-küy eşitdiyi üçün anasının yanına gəlmiş, Aytəkin adlı qadın onlara “siz kimsiz anamı təhqir etmisiz” demiş və mübahisə etmişdir. Aytəkin əlində olan mobil telefonla çəkiliş etmiş, həmin vaxt anası Aytəkinin əlindən tutaraq sakitləşdirmək istəmiş, lakin Aytəkin sakitləşməmiş və onlarla mübahisəni davam etdirmişdir. O, anasını yaşadıqları evə salmış, Aytəkin isə əməlini davam etdirmişdir. Aytəkin onun və anasının ünvanına nalayiq söz-ifadələr işlətmişdir. O, Aytəkin dediyi ifadələrə dözməmiş və üzərinə getmişdir. Lakin, həmin qadına qarşı hər hansı xəsarət yetirməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXm-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 24 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X3 döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 365 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədəni üzərində olan xəsarətlər sağ əlin arxa səthinin 4(dörd) ədəd, sol əlin arxa səthinin 4(dörd) səthi yaraları qeyd olunan xəsarətlərdən-sağ əlin arxa səthinin 4(dörd)ədəd səthi yaraları küt əşyanm(əşyalar)təsirindən, sol əlin arxa səthinin 4(dörd) ədəd səthi yaraları isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişdirlər, müddəti zərəçəkmişin müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X1 Nadejda Yusifovnanın yaşadığı evin qapısını döyür, ilkin olaraq qapı açılmır, təkrar qapını döydükdən sonra Şəxs qapını açır, həmin şəxslər arasında mübahisə olur. Belə ki, X5 anasını təhqir etməsini əsas gətirərək icra hakimiyyətində işlədiyini, polisləri oraya çağıracağını bildirir və çəkiliş edir. Bu zaman Şəxs yalnız bir dəfə X2 əlini geri itələyir, həmin vaxt ona hər hansı xəsarət yetirəcək zərbə vurmur, yaxud əlinin üzəri cızmaya, xəsarət yetirməyə xarakterik hər hansı hərəkətlər etmir. Bundan sonra X5 qapıdan uzaqlaşır, Ofelya Aşırova da (Şəxs qızı) onun arxasınca gedir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)- 1023/2025 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Qərar xx.xx.2025-ci ildə X2 döyülərək xəsarət almasına görə qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmamışdır. Belə ki, təqdim edilmiş video görüntülərdən aydın görünür ki, Şəxs yalnız bir dəfə zərərçəkmiş şəxs X2 əlini geri itələyir, həmin vaxt ona hər hansı xəsarət yetirəcək zərbə vurmur, yaxud əlinin üzəri cızmaya, xəsarət yetirməyə xarakterik hər hansı hərəkətlər etmir. Bundan sonra X5 qapıdan uzaqlaşır, Ofelya Aşırova da (Şəxs qızı) onun arxasınca gedir. İşin hallarından da göründüyü kimi X5 ilə Ofelya Aşırova arasında da mübahisə olmuş, həmin vaxt X2 xəsarət almasına görə Ofelya Aşırova barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. İndiki halda təqdim edilmiş video görüntülərlə Şəxs zərərçəkmiş şəxsi vurması və ya ona xəsarət yetirməsi müəyyən edilmir. Şəxs yalnız zərərçəkmiş şəxsi özündən uzaqlaşdırması üçün bir dəfə əli ilə onun əlini geri itələməsi öz təsdiqini tapır. Həmin əməl isə İXM-in 157-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1023/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1023/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver