Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1024/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun məhkəmə iclas katibliyi , Protokolu tərtib edən şəxs - Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 25.04.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 24.04.2022-ci il tarixdə müayinə olunması üçün Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə zamanı narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nın 1-ci bölüyünün polis nəfəri, polis serjantı X7 24.04.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 2 nəfər şəxsin özlərini şübhəli apardıqları üçün baş vermiş oğurluq hadisələrində şübhəli olduqları üçün onlar PB-nə gətirilmiş, PB-də həmin şəxslərin ünvan 3 ünvanında yaşayan xx.xx.1987-ci il təvəllüdlü Şəxs və ünvan 4 ünvanında yaşayan 29.11.1983-cü il təvəllüdlü X6 olduqları müəyyən edilmiş, həmin raportun icrası Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Orxan Quliyevə həvalə edilmişdir. PB-də olan zamaan həmin şəxslərin narkotik vasitələrin istifadəçisi olmalarında əsaslı şübhəlr yarandığından Şəxs və X6 narkotik vasitələrin istifadəçisi olub-olmamasının müəyyən edilməsi üçün Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən 4/534 və A/533 saylı protokol ilə narkotik vasitələrin istifadə edilməsi faktı aşkarlanmışdır. Müyinə zamanı Şəxs opioidlərin və psixostimulyatorlarının birgə qəbulu nəticəsində yaranan asılılıq sindorumu (narkamaniya xəstəliyi) aşkar olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, bəzi zamanlar narkotik vasitə olan marixuana qəbul edir. 24.04.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 2 nəfər şəxsin özlərini şübhəli apardıqları üçün baş vermiş oğurluq hadisələrində şübhəli olduqları üçün polis əməkdaşları tərəfindən Polis Bölməsinə aparılmışdır. Bundan sonra onların narkotik vasitələrin qəbulu faktından şübhələndikləri üçün müayinə olunması üçün onu Respublika Narkoloji Mərkəzinə aparmışlar. Müayinə zamanı onun opioidlərin və psixostimulyatorlarının birgə qəbulu nəticəsində yaranan asılılıq sindorumu (narkamaniya xəstəliyi) aşkalanmışdır. Əməlindən peşmandır. Eyni zamanda evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq Məhkəmədən barəsində yüngül inzibati təbneh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmış şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiqi olmalıdır. Belə ki, araşdırma materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü Sumqayıt şəhəri PB-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator X1 25.04.2022-ci il tarixli, 2038 nömrəli rəyində qeyd olunur ki, Şəxs OPİOİDLƏRİN və psixostimulyatorlarının birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkamaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görünür. Məsuliyyəti ağırlaşdıran hallar və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin,psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə inzibati xəta tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmişşəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129, və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1024/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1024/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver