Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1025/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1064/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzürsüz səbəbdən icra edilməmiş və nəticədə 6584 manat borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 1064/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024- cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat miqdarında aliment Şəxs oğlundan tutularaq X5 ödənilməsi qərara alınmışdır. Həmin icra vərəqi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmış, borclu xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və bildirişlə tanış olmuşdur. Tələbkar İcra İdarəsinə müraciət edərək borcludan şikayətçi olduğunu bildirmişdir. Daha sonra borclu icra idarəsinə dəvət edilərək izahatı alınmış, ödəniş etmədiyindən barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə borclu inzibati qaydada həbs edilmişdir. Borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2024-cü il tarixdən indiyə kimi borcundan cəmi 900 manat ödəniş etmişdir. Həmçinin borclu 2024-cü ilin noyabr-dekabr aylarında stasionar qaydada psixatriya xəstəxanasında müalicə almış, çağırışlara gəlmədiyindən borclu barəsində axtarış elan edilmişdir. Şəxs hazırda ödənilməmiş 6584 manat aliment borcu vardır. Protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, işlədiyi müddət ərzində tələbkara ödənişlər etmiş, sonuncu dəfə aprel ayında tələbkara 200 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə olmaqla ödəyəcəkdir. Hazırda tələbkara heç bir ödəniş edə bilmir. 2018-ci ildə hərbi xidmətdən təxris olmuşdur. Bir sıra psixi problemləri var, onda olan göndərişə əsasən yenidən stasionar müalicə almalıdır. Yay aylarında gəliri çoxalır. Qeyd edir ki, bir neçə ay ərzində borcun ödəyəcəkdir. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, özü kirayədə yaşayır və maddi imkanı zəifdir. Övladına baxmağa anası köməklik edir. Buna baxmayaraq borclunun həbs edilməsini istəmir. Borclunun ödəniş edəcəyi ilə bağlı dediyinə inanır və hazırda ondan şikayətçi deyil. Bundan başqa N.Zeynalova verilən suallra cavab olaraq bildirmişdir ki, Şəxs psixi xəstəliyindən məlumatı var, bir dəfə uşaqları ataları ilə görüşmək üçün stasionar psixi xəstaxanaya da göndərmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, hüquqlarının müdafiə etdiyi şəxsin tələbkarla razılığa gəlməsi səbəbindən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(011)-1064/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024- cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat miqdarında aliment Şəxs oğlundan tutularaq X5 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1064/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1064/2024 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Borclu xx.xx.2024-cü ildə qərarla tanış olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tarixli “borclunun axtarılması barədə” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1964/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-546/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tarixli “borclunun axtarılması barədə” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndəriş vərəqəsindən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixində F32 (depressiz epizod) diqanozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasına göndəriş almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1064/2024 saylı icra vərəqsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024- cü il tarixindən hesablanmaqla hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat miqdarında aliment Şəxs oğlundan tutularaq X5 ödənilməsi qeyd edilmişdir. Daha sonra ödənişlər edilmədiyindən borclu barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Belə ki, borclunun, tələbkarın və icra məmurunun izahatlarından da məlum olduğu kimi Şəxs çağırışlara gəlmədiyi müddətdə stasionar psixi müalicədə olmuş, həmçinin aprel ayında 200 manat ödəniş tələbkara ödəniş etmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1025/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1025/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver