Məhkəmə qərarları › İş №3(060)-1026/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1026/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1026/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Həsənov Saməddin Fizuli oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti baş inspektoru X3 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 31.03.2021-ci il tarixli TP ******* saylı Qərarından Həsənov Saməddin Fizuli oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Fizuli oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 31.03.2021-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X5 izahat verərək bildirdi ki, X4 Fizuli oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət yol polisi şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur ona görə ki, o, 09.02.2021-ci il tarixdə saat 00:03 radələrində Sumqayıt şəhəri, “Koroğlu” küçəsi ərazisində “VAZ 2170” minik markalı avtomaşınla hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, şikayətçi Həsənov Saməddin Fizuli oğlunun şikayətinin təmin olunmamasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Həsənov Saməddin Fizuli oğlu izahatında bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 31.03.2021-ci il tarixli TP ******* saylı Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta hadisəsi törətdiyini və həmin vaxt içkili olduğunu qəbul edir. Sözügedən 400 manat cəriməni də ödəmişdir. Hazırda şikayət verməsinin səbəbi cərimələri ödəməsidir. Odur ki, şikayətinin təmin olunmasını, barəsində qəbul edilmiş 31.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Həsənov Saməddin Fizuli oğluna təqdim edilmiş 31.03.2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Həsənov Saməddin Fizuli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 400 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 31.03.2021-ci il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Həsənov Saməddin Fizuli oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Həsənov Saməddin Fizuli oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 31.03.2021-ci il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Həsənov Saməddin Fizuli oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 31.03.2021-ci il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar