Məhkəmə qərarları › İş №3(060)-1032/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1032/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1032/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, qərardan şikayət verən şəxs X10 və onun müdafiəçisi X7 iştirakları ilə, X14 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidməti tərəfindən qəbul olunmuş 06 aprel 2022ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Elmir Şəmiyevin verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə X10 onun barəsindəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin 06 aprel 2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən qərarın qəbul edilməsinə səbəb X14 tərəfindən Abşeron rayonu, Novxanı bağlar massivi ərazisində fərdi yaşayış evlərinin tikintisində X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, şikayətin hansı məhkəməyə aid olması ilə bağlı tərəfləri dinləyib müəyyən etdi ki, şikayət baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X14 bildirdi ki, onun qeydiyyatı Fizuli rayonu olsa da, faktiki olaraq Binəqədi rayonunda özünə məxsus evdə ailəsi ilə yaşayır. Bununla bağlı E.Şəmiyev MİS-nin arayışını məhkəməyə təqdim etdi. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərüffatı Departamenti 2 saylı XT MKTB-nin 113 saylı MKİB-nin 06 may 2022-ci il tarixli, 213 saylı arayışından görünür ki, X4 qəsəbəsi, Y.Hüsynov küçəsi, ev 2, mənzil 32 ünvanında Füzuli şəhərindən məcburi köçkün kimi qeydiyyatdadır və yaşayır. Məhkəmə iclasında X14, onun müdafiəçisi və qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi X6 şikayətin səlahiyyətli məhkəməyə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-nin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda elan olunan arayışdan da görünür ki, X5 rayonu, Biləcəri qəsəbəsi, Y.Hüsynov küçəsi, ev 2, mənzil 32 ünvanında yaşayır. Buna görə də məhkəmə hesab edir ki, hazırki şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128, 129, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin 06 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)-1032/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar