Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1034/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil , Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər, Yaşıldərə bağlar massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, 26.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs 18.03.2022-ci il tarixdə, saat 14:05 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Şəxs 18.03.2022-ci il tarixdə, saat 14:05 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramal Eminli tərəfindən 15.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə göndərilmiş,bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 18.03.2022-ci il tarixdə, saat 17 radələrində o və qardaşı Ceyhun Yaşıldərə bağlar massivi ərazisində Zərərçəkmiş şəxs görmüşlər. Bu zaman hər ikisi çox hirsli olmuş və ona zərbələr endirmişlər, lakin çox keçmədən Ülfət qaçaraq onlardan uzaqlaşmış, onlar da həmin vaxt avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 18.03.2022-ci il tarixdə çöldən evə gedən zaman iki nəfər şəxs ona yaxınlaşaraq dayanmasını söyləmiş və o da onları dinləmək üçün gözləmişdir. Onlar onunla söhbət etmədən bir anda üstünə gəlmiş və nalayiq ifadələrlə onu təhqir etmiş, əllərində olan xırda rezin boru ilə ayaq nahiyyəsinə, bədəninə zərbələr vurmuşlar. O, həmin vaxt müvazinətini toplayaraq, onlardan uzaqlaşmağı bacarmışdır. Şəxs ondan üzr istəmədiyi üçün onunla barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramal Eminli tərəfindən 15.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ünvanında yaşayan Zərərçəkmiş şəxs döyərək bədən xəsarətləri yetirən naməlum şəxsin barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nə həvalə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən daxil olmuş 367 saylı, 29.03.2022-ci il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol diz oynağının, sol budun ön sol aşağı 1/3nin, sol diz oynağının ön səthinin, sol baldırın arxa-orta 1/3-nin, sol diz oynağının arxa nahiyyəsinin, sağ budun arxa-orta 1/3-nin qançırları xəsarətləri aşkar edilmiş, xəsarətlərin bərk küt əşya(lar)nın təsirindən yaranması, müddəti zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla 18.03.2022-ci il tarixdə əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti olması müəyyən edilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1034/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1034/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver