Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1034/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Naxçıvan MR., Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Suumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Heydər Əliyev prospektində YPX xidmətinin əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər, Mərkəzi Plazanın qarşısında YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Raport əsasında protokol tərtib etmişdir. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, hadisə anidən baş vermişdir. Mərkəzi Plazanın qarşısında avtomobilində nasazlıq hiss etdiyindən avtomobili kənara çəkərək saxlamış, yol polisi ondan sənədlərini tələb etmiş, o da verməmiş, eyni zamanda özünü təqdim etməmiş, yol polisi ilə aralarında anlaşılmazlıq yaranmışdır. Avtomobili oğlu icazəyə götürmüş, onun həmin avtomobilə sənədi olmamışdır. Əsəbi olmuşdur. Ailəlidir, uşağı vardır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. X1 inzibati xətanı törətmiş şəxsin əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Xəlilov Elmin rafiq oğlu bildirdi ki,xx.xx.2024-cü il tarixdə saat təxminən 09:25 radələrində Prisu markalı nəqliyyat vasitəsi Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən nişanın tələbini pozduğu üçün tərəflərindən “saxla” işarəsi verilmiş, sürücüyə yaxınlaşıb özlərini təqdim edib qayda pozuntusunu ona izah etmişlər. Sürücüdən özünü təqdim etməsi xahiş edildikdə o, avtomobilin qapısını bağlayaraq nalayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmışdır. Daha sonra post patrul xidməti əməkdaşlarını həmin əraziyə dəvət edərək sürücünü təxminən həmin ərazidən 100-150 metr aralıda məcburi qaydada saxlayaraq polis bölməsinə təhvil vermişlər. İş materiallarından görünür ki, Şəxs Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan diskdən görünür ki, YPX əməkdaşı tərəfindən sürücü saxlanılmış, özünü və sənədlərini təqdim etməsi tələb edilmiş, qayda pozuntusu törətməsi ona izah edilmiş, sürücü özünü və sənədlərini təqdim etməyərək ərazidən uzaqlaşmağa çalışmış, yol polis əməkdaşının dəfələrlə sənəd və ya özünün təqdim edilməsi barədə qanuni tələblərinə baxmayaraq sürücü tabesizlik göstərərək polis əməkdaşlarının göstərişlərinə riayət etməmiş, onu yalnız iradəsinə zidd olaraq saxlamaq mümkün olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin, şahidin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs davamlı olaraq yol polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək tabesizlik göstərmiş, hadisə yerinə kömək məqsədi ilə gələn post patrul əməkdaşlarının da qanuni tələbinə tabe olmayaraq qanun pozuntusu törətmişdir. Bununla da Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğu təsdiq edilir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun hərəkətlərinin davamlılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs faktiki olaraq 09:25 radələrindən saxlanıldığı müəyyən edildiyindən, inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 09:25-dən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X4rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 09:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X6 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1034/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1034/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver