Məhkəmə qərarları › İş №3(060)-104/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-104/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-104/2023 11.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində 11 yanvar 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1103/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən X3 olan 18260 (on səkkiz min iki yüz altmış) manat aliment borcunu üzürsüz səbəbdən ödəmir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1103/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü Elnarə və xx.xx.2005-ci il təvəllüdlü Qəhrəmanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 76 (yetmiş altı) manat olmaqla, ümumilikdə 152 (bir yüz əlli iki) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Aliment məbləğini ödəmədiyi üçün inzibati qaydada həbs olunmuş, daha sonra borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi açılmış və o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Borclu cəmi 3020 (üç min iyirmi) manat aliment ödəmişdir. Hal-hazırda 18260 (on səkkiz min iki yüz altmış) manat aliment borcu yaranmışdır. Dəfələrlə borcluya xəbərdarlıq olunsa da, alimenti ödəməmiş, onun barəsində axtarış elan edilmiş və Sumqayıt ŞPİ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1103/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2004cü il təvəllüdlü Elnarə və xx.xx.2005-ci il təvəllüdlü Qəhrəmanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 76 (yetmiş altı) manat olmaqla, ümumilikdə 152 (bir yüz əlli iki) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Aliment məbləğini ödəmədiyi üçün inzibati qaydada həbs olunmuş, daha sonra borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi açılmış və o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sonradan ona təyin olunmuş işlah işləri cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o cəzasını çəkib qurtarmışdır. Cəzasını çəkib qurtardıqdan sonra tam olmasa da, alimen məbləğinin müəyyən hissəsini ödəmiş, uşaqların ehtiyaclarını qismən qarşılamışdır. Lakin pandemiya zamanı işləməmiş, aliment ödəməyə imkanı olmamış, daha sonra isə işlədiyi zaman ayağı sınmış və uzun müddət müalicə almışdır. İşlədiyini, hər ay 500 (beş yüz) manat əmək haqqı aldığını və ayın 15-nə kimi vaxt verilsə tələbkara aliment borcundan 250 (iki yüz əlli) manat ödəyəcəyini bildirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1103/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü Elnarə və xx.xx.2005-ci il təvəllüdlü Qəhrəmanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 76 (yetmiş altı) manat olmaqla, ümumilikdə 152 (bir yüz əlli iki) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Aliment məbləğini ödəmədiyi üçün inzibati qaydada həbs olunmuş, daha sonra borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi açılmış və o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sonradan ona təyin olunmuş işlah işləri cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məktəbdə müəllimə işlədiyini 600 (altı yüz) manat əmək haqqı aldığını, uşqlarının birinin X5, birinin isə Bakıda təhsil aldığını bildirdi. Dəfələrlə borcluya xəbərdarlıq edilməsinə baxmayaraq alimenti ödəməmiş və 18260 (on səkkiz min iki yüz altmış) manat aliment borcu yaranmışdır. Aliment borcunun tam ödənilməsini tələb etdiyini nəzərə alaraq borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 18260 (on səkkiz min iki yüz altmış) manat məbləğində alimentin borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 11 yanvar 2023-ci il, saat 17:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar