Məhkəmə qərarları › İş №3(060)-104/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-104/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-104/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol daxil olmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.1.3-cü, 332.3-cü, 334-1.1-ci maddələində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu səbəbdən onun haqqında olan protokol İXMin 334-1.1-ci maddəsinə aid hissədə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs manevr qaydalarını pozduğu üçün tərəfindən saxlanmışdır. Saxlanıldıqdan sonra onun avtomobili sərxoş vəziyyətdə idarə etməsinə şübhə yarandığı üçün tibbi yoxlamaya aparılmış və onun narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Həmin vaxt elektron sistemdə onun sürücülük hüququnun məhdudlaşdırılması barədə qeyd olduğu üçün barəsində İXM-in 334-1.1-ci maddəsi ilə protokol tərtib edilib. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs bildirdi ki, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair iş üzrə qərarın icrasına xitam verilib. Belə ki, onun təyin olunmuş cəriməni ödəmədiyi üçün nəqliyyat vasitələrini idarə etmək hüququ məhkəmə tərəfindən məhdudlaşdırılmışdı. Sonradan o, cəriməni ödəmiş və həmin məhdudiyyət məhkəmə qərarına əsasən aradan qaldırılmışdır. Şəxs qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq aşağıdakı nəticəyə gəlir. İXM-in 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1736/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)-1736/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilmişdir. Hazırkı hadisə isə xx.xx.2023-cü il tarixində baş vermişdir. Yəni, həmin vaxt artıq Şəxs nəqliyyat vasitələrini diarə etmək hüququ olmuşdur. İXM-in 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi Şəxs törətdiyi əməl İXM-in 334-1.1-ci maddəsinin deyil, 333-1.1-ci maddəsinin təsir dairəsinə düşür. Yəni, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-110, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar