Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1041/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib edən şəxs 5-ci PB-nin polis sahə rəisi, polis kapitanı İdris Tahirovun Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1 və 157-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs döyməsi səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun ünvan 3 ünvanında Zərərçəkmiş şəxs döyməsi səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li digər inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində saxlanılan zaman qapıları açmaması, həmçinin bölməyə gətirilən zaman maşından düşüb qaçaraq tabesizlik göstərməsi səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanının qapısını döyməsi və Zərərçəkmiş şəxs söyməsi səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin polis sahə rəisi, polis kapitanı İdris Tahirov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü tərtib edilmiş protokollar üzrə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 2002-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından üç övladları var. Ailə həyatı qurandan Təranə mütəmadi olaraq evdə münaqişələr yaradır və bu səbəbdən təxminən 8 aydır ki, Təranə iki böyük uşaqları özü ilə götürərək yaşadıqları evdən çıxıb, Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır, lakin azyaşlı oğlu 2014-cü il təvəllüdlü X1 ataraq onun himayəsində saxlamışdır. Həmçinin Təranə ondan boşanmaq üçün Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi vermişdir. Buna baxmayaraq hər gün onların yaşadıqları ünvana gedərək, Təranəyə pul və ərzaq məhsulları verir. 11 mart 2023-cü il tarixdə saat 19:20 radələrində həyat yoldaşı Təranə qızı Leyla ilə birlikdə kirayə yaşadıqları evə gələrkən ünvan 5-nin qarşısında onları görmüş və yaxınlaşmışdır. Bu zaman onlara yaxınlaşaraq birlikdə əvvəllər yaşadıqları Yaşıldərə bağları ərazisində yerləşən evlərinə getməyi təklif etmişdir. Bu zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ona rədd cavabı vermişdir. O, sonuncunun bu cavabından qəzəblənmiş və onun əllərindən tutaraq özünə möhkəm tərzdə çəkmiş çəkmiş, aralarında mübahisə yaranmışdır. Bu zaman onun barmağında üzük olmuş və ehtimal edir ki, həmin üzük Zərərçəkmiş şəxs xəsarət yetirə bilər. 10 aprel 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində həyat yoldaşının yaşadığı ünvan 5 ünvanına gəlmiş, qapını döymüş, barışmaq üçün cəhdlər etmişdir. Bu zaman həyat yoldaşı qapını açmadığı üçün qapı və pəncərəni döymüşdür. 16 aprel 2023-cü il tarixdə təxminən saat 06:30 radələrində həyat yoldaşının kirayə yaşadığı mənzilə getmiş, ondan boşanmaq üçün məhkəməyə verdiyi ərizəni geri götürməsini tələb etmiş, Həyat yoldaşı ondan mənzili tərk etməsini tələb etdikdə o, qəzəblənmiş, lakin onu vurmamış, heç bir xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində dayanmış vəziyyətdə olarkən polis əməkdaşları maşına yaxınlaşıb özlərini təqdim edib, barəsində Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə aparılan inzibati araşdırma ilə əlaqədar onu polis bölməsinə dəvət etmişlər. O, həmin vaxt maşının qapılarını bağlamış və maşından düşmək istəməmişdir. Bir neçə dəqiqə sonra o, qapını açmış və maşından düşmüşdür. Həmin vaxt o, polis əməkdaşlarının maşınına minməyə etiraz etmiş, tabesizlik göstərmiş, ərazidən qaçaraq uzaqlaşmağa cəhd etmişdir.təxminən 5-10 metr qaçmış, lakin ayağı sürüşərək yerə yıxılmış, təkrarən qalxıb qaçmaq istərkən artıq onu polis əməkdaşları tutmağa müvəffəq olmuşlar. Yıxılan zaman üz nahiyyəsi və sağ yan nahiyyəsi yerə dəymişdir. Polis əməkdaşları onu xidməti avtomobillə polis bölməsinə gətirmişlər. Həm həyat yoldaşına həm də polis əməkdaşlarına qarşı törətdiyi əməllərə görə çox peşmandır. O, həyat yoldaşını çox sevir, onunla boşanmaması üçün belə davranışlara yol verdiyini bu səbəbdən məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2002-ci ildə Şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan üç övladları var. Eldəniz mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişələr yaratdığı üçün 2022-ci ilin oktyabr ayından uşaqlarını da götürərək evdən çıxmış və Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. Buna baxmayaraq Eldəniz mütəmadi olaraq kirayədə qaldığı ünvanlara gələrək onu narahat edir. Həmçinin Eldənizdən boşanmaq üçün Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi vermişdir. 11 mart 2023-cü il tarixdə saat 19:20 radələrində qızı Leyla ilə birlikdə işdən kirayə yaşadığı evə gələrkən ünvan 5-nin qarşısında boşanmaq ərəfəsində olan həyat yoldaşı Eldənizi görmüş, həmin vaxt onlara yaxınlaşaraq onunla birlikdə əvvəllər yaşadıqları Yaşıldərə bağları ərazisində yerləşən evlərinə getməyi təklif etmişdir. Onun bu təklifinə rədd cavabı vermişdir. Həmin vaxt Eldəniz onunla mübahisə etməyə başlamış və mübahisə zamanı onun sinəsindən 2 dəfə yumruqla vurub, saçından tutaraq yolub və əlində olan dəmir parçası ilə sol əlinin 3-cü barmağını kəsərək ona müxtəlif növ bədən xəsarətləri yetirmişdir. Həmin vaxt yanında olan qızı uca səslə qışqırmağa başlamış, həmin vaxt Eldənizin əlindən çıxaraq qaçıb yaxınlıqda olan “Araz” marketə girmiş və oradan baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. 10 aprel 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Şəxs onun yaşadığı ünvan 5 ünvanına gəlmiş, qapı və pəncələri döyərək onları təhqir etmişdir. 16 aprel 2023-cü il tarixdə təxminən saat 06:30 radələrində Eldəniz onun kirayədə yaşadığı, ünvan 7 ünvanına gələrək, ondan boşanmaq üçün məhkəməyə verdiyi ərizəni geri götürməyini tələb etmişdir. O, Eldənizdən evdən çıxmasını tələb etdikdə, Eldəniz nalayiq söyüşlərlə onu söyüb, əl zərbələri ilə sifətindən vurub, onu fəndlə yerə yıxmışdır. Sonra onlar mətbəxə keçmişlər, orada da Eldəniz əl zərbələri ilə qollarından vuraraq, təpiklərlə isə ayaqlarından vuraraq onu döymüşdür. Daha sonra Eldəniz çıxıb getmiş, o da bu barədə DİN-in «102» Xidmətinə müraciət etmişdi. Onu da qeyd etmişdir ki, həmin vaxt evdə olan oğlu Ayxan Eldənizin onu döyməsini görmüş və hadisələri planşetlə videokameraya çəkmişdi. Onu da əlavə etmişdir ki, Eldəniz onu döydüyü üçün bədəninin müxtəlif yerlərində ağrılar var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsində aparılan inzibati araşdırma ilə əlaqədar xx.xx.2023-cü il tarixdə həmin şəxsin saxlanılması üçün bölmənin polis sahə rəisi polis kapitanı İdris Tahirov, əməliyyat müvəkkili polis baş leytenantı İlqar Hacıyev və baş əməliyyat müvəkkili polis kapitanı Zaur Əzizovla birikdə həmin şəxsi Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində idarə etdiyi avtomobil ilə dayanmış vəziyyətdə olarkən maşına yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Şəxs avtomobilinin qapılarını bağlamış və maşından düşmək istəməmişdir. Bir neçə dəqiqə sonra qapını açmış və maşından düşmüşdür. Onu avtopatrul maşınına əyləşdirmək istəsələr də həmin vaxt o, etiraz etmiş və tabesizlik göstərmişdir. Bundan sonra onu maşına əyləşdirmişlər. Şəxs onlarla birlikdə 5-ci polis bölməsinə gələrkən yolda Sumqayıt şəhəri Koroğlu prospektində M.Ə.Sabir küçəsi ilə kəsişməyə çatmamış qarşıda işıqforun qırmızı işığı yandığı üçün maşın yavaşımış və Eldəniz həmin vaxt maşından düşərək 8-ci mikrorayon istiqamətinə qaçmağa başlamışdır. Ancaq təxminən 10 metr maşından uzaqlaşan kimi ayağı səkiyə ilişərək yerə yıxılmış, alkin onu tutaraq Polis Bölməsinə gətirməyə müvəffəq olmuşlar. Yıxılan zaman Şəxs üz nahiyyəsi və sağ yan nahiyyəsi yerə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da şahid X2 verdiyi ifadəyə oxşar ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan AR SN “MTE və PAB” publik hüquqi şəxsinin 13 mart 2023cü il tarixli 328 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sol əlin İİİ barmağının səthi deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən yaranmışdır, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə dəmir parçası ilə yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər həm kənar şəxs tərəfindən, həmdə özü-özünə yetirməsi mümkündür. İş materiallarında olan “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 14:30-da azad edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə istintaqı zamanı tədqiq edilən 01 (bir) ədəd DVD-diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi faktı öz əksini tapsa da, həmin videoçəkilişin məhz hansı tarixdə çəkilməsi ilə bağlı heç bir məlumat öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-1634/2022 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs, şahidləri və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 11 mart 2023-cü il tarixdə törətdiyi əmələ münasibətdə tərtib edilmiş AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, 11 mart 2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu iş materialları ilə tam təsdiq edilir, o, Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsində müəyyən edilmiş çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər ki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələrinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 19 aprel 2023-cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər təsdiq edilmir, Zərərçəkmiş şəxs ilə aralarında məhz ailə münasibətlərilə bağlı mübahisə zəminində yaşadıqları ünvanda münaqişə baş vermiş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, nəzərə alaraq hesab edir ki,, Şəxs 16 aprel 2023-cü il tarixdə törətməsi ehtimal olunan əməl ilə bağlı tərtib edilmiş AR İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta üzrə iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin zərərçəkmiş şəxsin göstərdiyi kimi və ya Şəxs göstərdiyi qaydada cərəyan etməsi barədə qənaətə gəlmək mümkün deyildir. İşdəki sübutlarla birmənalı olaraq zərərçəkmiş şəxsə xəsarətlərin Şəxs tərəfindən və qəsdən törədilməsi təsdiq edilmir və işdə olan şübhələr də Şəxs xeyrinə həll olunmalıdır. Həmçinin döymə faktını təsdiq edəcək ekspert rəyi də mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 16 aprel 2023-cü il tarixdə törətməsi ehtimal olunan əməl ilə bağlı tərtib edilmiş AR İXM-nin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində və 11 mart 2023-cü il tarixdə törətdiyi əmələ münasibətdə tərtib edilmiş AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokol üzrə tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və AR İXMnin 34.4-cü maddəsinə əsasən 22 (iyirmi iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 21 (iyirmi bir) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1041/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1041/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver