Məhkəmə qərarları › İş №3(060)-1041/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1041/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1041/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar İbrahimli (Cəfərova) Nuray Tahir qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Cəfərov X6 RayonMəhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 2920 (iki min doqquz yüz iyirmi) manat borc ödənilməmiş qalmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.20222-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment X5 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqında qərar qəbul olunaraq tərəflərə və məhkəməyə göndərilmişdir. Bundan sonra borclunun dəfələrlə borclunun izahatı alınmış, xəbərdarlıq olunmuş və öhdəliklərini yerinə yetirməsi bildirilmişdir. Lakin borclu maddi imkanının zəif olduğu səbəbindən öhdəliklərini yerinə yetirə bilməmişdir. Bundan sonra məcburi icra tədbiri olaraq borclunun adına əmlak və ya digər gəlirlərinin olması barədə sorğular verilmş, lakin borclunun adına heç bir əmlak aşkar edilməmişdir. Buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati həbs olunmuşdur. Həmçinin ödəniş etmədiyi üçün borclunun ölkədən getmək hüququ məhdudlaşdırıması barədə Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş və məhkəmə tərəfindən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.20222-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment X5 ödənilməsi qət edilmişdir. Uşaq rayonda nənəsinin yanında qalır. Dəfələrlə uşağı görməyə cəhd etsə də, uşağı ona göstərmirlər. Hal-hazırda işləmədiyi üçün alimenti ödəyə bilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar İbrahimli (Cəfərova) Nuray Tahir qızı məhkəmə iclasında bildirdi ki, Ağstafa RayonMəhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.20222-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment ona ödənilməsi qət edilmişdir. Uşaqlarla maraqlanmır və aliment məbləğindən heç bir ödəniş etmir. Aliment məbləğinin tam ödənilməsini tələb edir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.20222-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya icranı 10 (on) gün müddətində könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-749/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində icra məmurunu, tələbkarı və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Cəfərov X6 RayonMəhkəməsinin 2(015)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 2920 (iki min doqquz yüz iyirmi) manat borc ödənilməmiş qalmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 16 may 2024-cü il, saat 14:55-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar