Məhkəmə qərarları › İş №3(060)-1045/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1045/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1045/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Ağasıyev Babək Xeyrulla oğlunun, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Xaçmaz rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1yeri ərazi dairəsi, Aşağıoba kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Ağasıyev Babək Xeyrulla oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağasıyev Babək Xeyrulla oğlu barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Ağasıyev Babək Xeyrulla oğlu xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində fərdi evdə X2 döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Ağasıyev Babək Xeyrulla oğlunun barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağasıyev Babək Xeyrulla oğlu özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qismən təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində fərdi evdə həyat yoldaşı X4 ilə aralarında mübahisə baş vermiş, lakin o onu vurmamışdır. Halhazırda zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, həyat yoldaşı Ağasıyev Babək Xeyrulla oğlu xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində fərdi evdə onu döyərək xəsarət yetirmişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağasıyev Babək Xeyrulla oğlu ilə barışmışdır. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağasıyev Babək Xeyrulla oğlunun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, Ağasıyev Babək Xeyrulla oğlu ilə barışdığını və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, əməli törədən Ağasıyev Babək Xeyrulla oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 470 nömrəli rəyindən görünür ki, X1 bədənində olan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Ağasıyev Babək Xeyrulla oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ağasıyev Babək Xeyrulla oğlu zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ağasıyev Babək Xeyrulla oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Ağasıyev Babək Xeyrulla oğlu Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar