Məhkəmə qərarları › İş №3(060)-1046/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1046/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1046/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Odurakəran kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan bağlar ərazisi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağları, fərdi evdə Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Ceyranbatan bağları, fərdi evdə Zərərçəkmiş şəxs döymüşdür. 14 aprel 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti Şəxs və X3 barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisidir. Zərərçəkmiş şəxs ilə kürəkəni Babək arasında mübahisə yaranmış, Bahar kürəkəninin, daha sonra onun həyat yoldaşı Güllünün ünvanına nalayiq ifadələr işlətmiş, Güllünün qıcolması tutmuş, başı ona qarışmış, onu həkimə aparmış, sonra evə gətirmişdir. Bundan iki gün sonra onlar yenə onun evinə gələrək söz-söhbət salmış, Güllünün yenə qıcolması tutmuş və yerə yıxılmış, onu evdə o vəziyyətdə qoyub getmişlər. O evə gəldikdə həyat yoldaşı Güllünü yerdə görmüş, onu təcili həkimə aparmış, iki gün komada qalmış, ayıldıqdan sonra evə gətirmişdir. O, Bahara heç bir xəsarət yetirməmiş, ona heç əli belə dəyməmişdir. Əksinə onlar ona ziyan vurmuşlar. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, həmin gün kürəkəni Babək qızının ünvanına nalayiq ifadələr işlətmiş, onu vurmuşdur. Bu zaman o, Babəkin üstünə gedərək nə üçün onun qızını vurduğunu demiş, bu zaman Babək onu vurub itələmiş, daha sonra Tural onu itələmiş və beli qapıya dəyərək əzilmişdir. Daha sonra Tural onu sürüyərək çölə çıxarmışdır. Hal-hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, həmin gün xalası Bahar onun evində sözsöhbət salmışdır. Onun həyat yoldaşı Baharın qızı Ayseli onların evinə gətirmişdir ki, ailəsi dağılmasın. Həmin gün o əsəbləşərək qıcolma keçirmiş və özündən getmişdir. Baharın qızının əri Babək onun qardaşıdır. Həmin vaxt Tural heç yerindən qalxmamış və Bahara heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Nabran qəsəbəsinə gəlin köçmüşdür, lakin getdiyi evdə münasibətləri yaxşı olmadığından atası onu evinə gətirmişdir. Sonra baldızı və onun qardaşı ona onların evində qalmağı təklif etmiş, o da gəlib həmin evdə qalmışdır. Ailələrində dəfələrlə söz-söhbət olmuşdur. Həmin gün həyat yoldaşı Babək anası Baharı vurmuş, sürüyərək kolidora çıxarmış və təhqir etmişdir. Bu zaman dayısı oğlu Tural onu və anasını itələyərək çölə çıxarmış və evdən qovmuşdur. Tural onun anasını itələyən zaman anasının başı divara dəyərək şişmiş və yerə yıxılaraq xəsarət almışdır. Həmin vaxt Turalın həyat yoldaşının ürəyi getməsini görməmiş, lakin onun ürək getməsi olduğunu bilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarın surəti Şəxs və X3 barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti xidmət sahəsinə həvalə edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 470 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində “alnın, sağ bazunun qançırı, sol kürəkaltı nahiyənin 3 ədəd sıyrığı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 9-11 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Onun barəsində artıq hər hansı şikayət və tələbi yoxdur. Ərizəni nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərşəkmiş şəxslə barışdığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar