Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1049/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Vaqif küçəsi, ev 8/2 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən 05 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.2-ci maddəsi ilə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Hundai AK minik” markalı, **-XU-*** dövlət qedyiyyat nişanlı avtomobili idarə edən Şəxs Sumqayıt şəhəri, Metallurq küçəsində işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlanılmış, 2121 №-li tibbi müayinə aktına əsasən narkotik vasitənin təsiri altında sərxoş halda avto maşını idarə etdiyi aşkarlanmışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 20 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis baş serjantı X4 izahatında göstərdi ki, “Hundai Verna minik” markalı, **-PX-*** dövlət qedyiyyat nişanlı avtomobili idarə edən Şəxs Sumqayıt şəhəri, Metallurq küçəsində işıq sistemindən düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün üz cizgilərindən və gözlərindən yorğunluq hiss olunduğu üçün tərəfindən tibbi müayinəyə aparılmışdır. Müayinə zamanı sürücünün sərxoş halda, yəni narkotik vasitə olan marixuana istifadə edərək avtomobili idarə etməsi müəyyən olunmuşdur. Daha sonra port kompyuter vasitəsi ilə yoxlanıldıqda müəyyən olunmuşdur ki, sürücü barəsində daha öncə İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol nəticəsinə xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında elektron qərar ilə Şəxs 400,00 manat məbləğində inzibati cərimə olunmuşdur. İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs Sürücü Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə onun barəsində İXM-nin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, 05 aprel 2023-cü il tarixdə “Hundai AK minik” markalı, **-XU-*** dövlət qedyiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmışdır. Həkim yoxlanışından keçən zaman onun sərxoş olması, yəni narkotik maddə olan marixuana qəbul etməsi müəyyən olunmuşdur. O, daha öncə sərxoş halda avtomobili idarə etməsinə görə 400,00 manat məbləğində cərimə edilmişdir. O, törətdiyi inzibati xətalardan peşman olduğunun nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, X2 əməli 333.2-ci maddədən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 37-ci maddəsinin İ bəndinin 13-cü hissəninə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji tərəfindən verilmiş 2121 №li, 05 aprel 2023-cü il tarixli aktdan görünür ki, Şəxs 05 aprel 2023-cü il tarixdə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı sürücünün sərxoşluq vəziyyəti, yəni narkotik maddə olan marixuana qəbul etməsi təsdiq olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə olunmuş DYP-nın çıxarışından görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək, 400,00 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus BD026373 №li sürücülük vəsiqəsi xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək etibarlıdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, onun özünün izahatı, DYP-nın çıxarışından və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 2121 №li 05 aprel 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Şəxs il ərzində təkrar sərxoş halda avtomobili iadrə etməsi öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1049/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1049/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver