Məhkəmə qərarları › İş №3(060)-105/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-105/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-105/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar)-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Bərdə rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşağı olan, hazırda işləməyən, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, 73 nömrəli fərdi həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 9430 manat məbləğində pulu üzrlü səbəb göstərmədən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 9400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir, o yayınır, icra məmurunun tələblərinə də əməl etmir, çağırışlara gəlmir. İndiyədək icra vərəqələri üzrə borc 7430 manat təşkil edir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, ondan 9400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qarabağ müharibəsi veteranıdır. 2 azyaşlı uşağı var. Aya 80 manat pensiya alır. Keçən aya kimi ödəniş etmişdir. Evində qaz, su, işıq yoxdur. Aybaay ödəniş etmişdir. Ayda vaxtlı-vaxtında 200 manat ödəyəcəkdir. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 9400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi qət edilmişdir. Razılaşmışlar ki, hər ayın axırı 200 manat ödəyəcəkdir. Ayın axırı icra məmurunun yanına gedərkən bilmişdir ki, ödəniş etməmişdir. Hər dəfə sıxanda ödəniş edir. Pulunu tələb edir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 9400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan TTYS-nin 110 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs stansiyanın ambulatoriyasına müraciət etmişdir. Diaqnoz-essensial hipertenziya A/t 220/100. Xəstəyə lazımi tibbi yardım göstərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs müxtəlif vaxtlarda ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1816/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2442/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 59.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmiş, həmçinin icra məmurunun tələblərinə də əməl etməmişdir. Məhkəmə hesab edir ki, icra sənədləri icra olunmalı, borc ödənilməlidir. Borclunun borcun ödənilməsi üçün cəhd etməsi, borcun ödənilməməsinin onun təqsiri ucbatından baş verməməsi barədə heç bir sübut yoxdur. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar