Məhkəmə qərarları › İş №3(060)-1051/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1051/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1051/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Nümayəndə, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-ci ildə Laçın rayonu, Güləbird kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzri yaşayış massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xətalar haqqında protokollar tərtib olunmuşdur. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 26.03.2022-ci il tarixdə vətəndaş Məmmədov Allahverdi Süleyman oğluna məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, 5-ci məhəllə ərazisində yerləşən bağ sahəsinin hasarına quraşdırılmuş su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 20.04.2022-ci il tarixdə vətəndaş X3 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, Əkinçi küçəsi ərazisdində yerləşən bağ evinin hasarına quraşdırılmuş su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 03.04.2022-ci il tarixdə vətəndaş X10 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, Əkinçi küçəsi ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmuş su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, protokola əsasən Şəxs 31.03.2022-ci il tarixdə vətəndaş X14 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmuş su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli protokola əsasən Şəxs 09.04.2022-ci il tarixdə vətəndaş X7 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəsəbəsi, Xəzri Yaşayış massivi ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmuş su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 31.03.2022-ci il tarixdə vətəndaş X13 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 30.03.2022-ci il tarixdə vətəndaş X17 oğluna məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Yaşayış massivi ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 17.04.2022-ci il tarixdə vətəndaş X21 oğluna məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 01.04.2022-ci il tarixdə vətəndaş X5 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5ci məhəllə ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 25.03.2022-ci il tarixdə vətəndaş X9 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5ci məhəllə ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs 30.03.2022-ci il tarixdə vətəndaş X11 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Yaşayış massivi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin hasarına quraşdırılmış su sayğacını oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolları tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Nümayəndə tərtib edilən protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs 26.03.2022-ci il tarixdə vətəndaş Məmmədov Allahverdi Süleyman oğluna məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, 5-ci məhəllə ərazisində yerləşən bağ sahəsinin, 20.04.2022-ci il tarixdə vətəndaş X3 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, Əkinçi küçəsi ərazisində yerləşən bağ evinin, 03.04.2022-ci il tarixdə vətəndaş X10 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, Əkinçi küçəsi ərazisində yerləşən bağ evinin, 31.03.2022-ci il tarixdə vətəndaş X14 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəs, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin, 09.04.2022-ci il tarixdə vətəndaş X7 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəsəbəsi, Xəzri Yaşayış massivi ərazisində yerləşən bağ evinin, 31.03.2022-ci il tarixdə vətəndaş X13 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin, 30.03.2022-ci il tarixdə vətəndaş X17 oğluna məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Yaşayış massivi ərazisində yerləşən bağ evinin, 17.04.2022-ci il tarixdə vətəndaş X21 oğluna məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin, 01.04.2022-ci il tarixdə vətəndaş X5 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5ci məhəllə ərazisində yerləşən bağ evinin, 25.03.2022-ci il tarixdə vətəndaş X9 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin və 30.03.2022-ci il tarixdə vətəndaş X11 məxsus Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Yaşayış massivi, 5-ci məhəllə ərazisində yerləşən bağ evinin hasarlarıına quraşdırılmış su sayğaclarını oğurlamışdır. Sumqayıt Şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçılarının müvafiq qərarları ilə cinayət işinin başlanması rədd edilmiş, həmin faktlar üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 2-ci PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində sadalanan inzibati xətalar haqqında protokollar tərtib olunmuşdur. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, onun barəsində tərtib edilmiş protokollarda qeyd edilənlərlə razıdır. Həqiqətən də o, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M ərazisində yerləşən bağ evlərindən 11 nəfər müxtəlif sakinlərə məxsus su sayğaclarını müxtəlif vaxtlarda oğurlamışdır. Əməlindən peşmandır, ailəlidir, işləmir və üç uşağı var. Qeyd olunanları nəzər alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərsu ASC-nin Sumqayıt Sukanal İdarəsinin nümayəndəsi X12 bildirdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri Yaşayış massivi ərazisində Azərsu ASC-nə məxsus olan 11 abonentin su sayğacları oğurlanmışdır. Ziyanın ödənilməsini tələb edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini və protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxsnın məsuliyyətini yüngülləşdirən hal onun hərəkətindən peşman olması və himayəsində uşaqlarının olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Mustafayev Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi on bir inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li, 27.04.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokollar üzrə hər bir inzibati xətaya görə ayrılıqda 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 aprel 2022-ci il, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı, hesabAZ03TURA********************, VÖEN **********). Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar