Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1051/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Lənkəran rayonu, Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Vətəndaş Şəxs barəsində 20 aprel 2023-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, o, 2023-cü ilin mart ayında X2 “Bolt” taksi şirkətinin ona məxsus hesabında olan 344,99 AZN pulunu çıxarılmasında ona kömək etmək adı ilə aldadıb 344,99 AZN pulunu ələ keçirib A.İsmayılova qarşı dələduzluq etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs şəxs Mehman Əsədov məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti əməli törətmiş Şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Sumqayıt ŞPİ-nə təqdim olunmuşdur. Buna görə də həmin fakt əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs 2023-cü ilin mart ayında X2 “Bolt” taksi şirkətinin ona məxsus hesabında olan 344,99 AZN pulunu çıxarılmasında ona kömək etmək adı ilə aldadıb 344,99 AZN pulunu ələ keçirib A.İsmayılova qarşı dələduzluq etmişdir. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, qeyd olunan oğurluq əməlini törətmişdir. Anası, atası xəstə olduğundan, həmçinin 2 övladını o saxladığından pul hesabına köçdükdən sonra pula ehtiyacı olduğu üçün həmin pulu anasının müalicəsinə xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Bolt taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur, orada onun hesabında 344.99 AZN pul var imiş, VÖEN-i olmadığı üçün həmin pulu çıxarda bilmirmiş, 2023- cü ilin mart ayında Maxim taksi sürücülərinin qrupuna mesaj yazmış, orada pulunun çıxarılmasında ona köməklik olunmasını istəmiş, həmin qrupda tanımadığı ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq pulunun çıxarılmasında ona köməklik edəcəyini bildirmiş, ona öz VÖEN nömrəsini vermiş, o da həmin şəxsin VÖEN-i ilə bolt taksi şirkətində qeydiyyatdan keçmiş, xx.xx.2023-cü il tarixdə o, Bolt şirkəti ilə əlaqə saxlamış, həmin pulun hesaba köçürüldüyü deyilmiş, bundan sonra həmin şəxsin onu aldatmasının, ona qarşı dələduzluq etməsinin fərqinə varmışdır. Hazırda inzibati xəta törətmiş şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti əməli törətmiş Şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Sumqayıt ŞPİ-nə təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2023-cü il tarixdə saat 22:35-də inzibati qaydada tutulmuş, 20 aprel 2023-cü il tarixdə saat 15:45-də azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X6 oğlunun məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs oğllu tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X3 dəymiş ziyanı ödəmişdir. Nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1051/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1051/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver