Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1055/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal RPİ-nin X1 Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 29 aprel 2024-cü il tarixli İXP6216951 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Bakı Şəhəri Yasamal RPİ-nin X1 Şöbəsinin nümayəndələri məhkəmə iclasıma gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin X1 Şöbəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 29 aprel 2024-cü il tarixli İXP6216951 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına sorğu göndərilmiş, ünvanda məktubun qəbul edilməsindən imtina edilmişdir. İXM-nin 59.1-ci maddəsinə əsasən məktubu qəbul etməkdən imtina rəsmi qəbul edilmiş hesab edilir. Göstərilən hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan kommersiya hüquqi şəxslərin dövlət reyestri barədə çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1iallarında olan Poçt zərfinin üzərində olan qeydlərdən görünür ki, Bakı Şəhəri Yasamal RPİ-nin X1 Şöbəsi tərəfindən Şəxs MMC-yə göndərilmiş məktubda MMC-nin ünvanı kimi “Ə.Qayıbov küçəsi, məh 1222, ev 12” göstərilmiş və həmin ünvanda məktubun qəbul edilməsindən imtina edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal RPİ-nin X1 Şöbəsi tərəfindən Şəxs MMC-yə göndərilmiş məktubda MMC-nin ünvanı kimi “Ə.Qayıbov küçəsi, məh 1222, ev 12” göstərilmiş və həmin ünvanda məktubun qəbul edilməsindən imtina edilmişdir. Lakin, iş materialların əsasən isə Şəxs MMC-nin ünvanı kmi ünvan 2dilir. Bakı Şəhəri Yasamal RPİ-nin X1 Şöbəsi tərəfindən sorğunun göndərildiyi “Ə.Qayıbov küçəsi, məh 1222, ev 12” ünvanının Şəxs MMC-yə aidiyyəti iş üzrə hər hansı sənədlə təsdiq edilmir. Protokol tərtib etmiş orqanın məhkəməyə ünvanladığı sənədlərdə (həm protokol, həm də portal çıxarışı) Şəxs MMC-nin ünvanının yalnız ünvan 4ası müəyyən edilir. İş üzrə iki dəfə məhkəmə prosesi təyin edilmiş, məhkəmə proseslərinin vaxtı və yeri barədə protokol tərtib etmiş orqan lazımi qaydada məlumatlandırılmış, lakin onların nümayəndələri məhkəmə proseslərində iştirak etməmiş və ya iştirak etməmələrinin səbəbləri barədə məlumat da verməmişlər. Yəni, protokol tərtib etmiş orqana işin məhkəmə baxışı zamanı da əlavə sübutlar təqdim etmək şəraiti yaradılmışdır. Lakin, onlar məhkəmə proseslərində iştirak edərək sorğunu göndərdikləri üvnanın (Ə.Qayıbov küçəsi, məh 1222, ev 12) Şəxs MMC-yə hər hansı aidiyyətini təsdiq edəcək sənəd təqdim etməmişlər. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, sorğunun göndərildiyi ünvanın Şəxs MMC-yə hər hansı aidiyyətinin olması öz təsdiqini tapmadığı üçün, həmin MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmiş hesab edilməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 20 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1055/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1055/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver