Məhkəmə qərarları › İş №3(060)-1061/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1061/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1061/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı ünvan 1əxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 23 aprel 2025-ci il tarixli, EP №0191961 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 119403,54 ABŞ dolları məbləğində olan pul vəsaitini 13 mart 2023-cü il tarixdə avans xaricə köçürmüş və 2 il müddət keçsə də, 27075,53 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 özü izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixində “X4 Limited” şirkətinin xeyrinə aparılmış 119403,54 ABŞ dolları avans ödənişi xx.xx.2025ci il tarixində təqdim edilmiş **********7366 saylı gömrük bəyannaməsi ilə 11843,70 ABŞ dolları, **********7340 saylı gömrük bəyannamasi ilə 15231,83 ABŞ dolları və xx.xx.2025-ci il tarixində AZ16AİİB401600C**********123 saylı hesaba daxil olan 105867,26 ABŞ dolları vəsaitin bir hissəsi-92328,01 ABŞ dolları vəsaitlə tam bağlanmış və heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli, EP №0191961 nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 119403,54 ABŞ dolları məbləğində olan pul vəsaitini 13 mart 2023-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də, 27075,53 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 14 mart 2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 2nında baş vermişdir. xx.xx.2025-ci il tarixli **********7366 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 13 mart 2023-cü il tarixdə xaricə köçürülmüş 11843,701 ABŞ dolları məbləğində vəsaitə görə 119403,548 ABŞ dolları məbləğində məbləğində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. xx.xx.2025-ci il tarixli **********7340 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 13 mart 2023-cü il tarixdə xaricə köçürülmüş 15231.83 ABŞ dolları məbləğində vəsaitə görə 119403,54 ABŞ dolları məbləğində avans üzrə mallar Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində “X4 Limited” şirkətinin xeyrinə aparılmış 119403,54 ABŞ dolları avans ödənişi xx.xx.2025-ci il tarixində təqdim edilmiş **********7366 saylı gömrük bəyannaməsi ilə 11843,70 ABŞ dolları, **********7340 saylı gömrük bəyannamasi ilə 15231,83 ABŞ dolları və xx.xx.2025-ci il tarixində AZ16AİİB401600C**********123 saylı hesaba daxil olan 105867,26 ABŞ dolları vəsaitin bir hissəsi-92328,01 ABŞ dolları vəsaitlə tam bağlanılmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 23 aprel 2025-ci il tarixli, EP №0191961 saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində “X4 Limited” şirkətinin xeyrinə aparılmış 119403,54 ABŞ dolları avans ödənişi xx.xx.2025-ci il tarixində təqdim edilmiş **********7366 saylı gömrük bəyannaməsi ilə 11843,70 ABŞ dolları, **********7340 saylı gömrük bəyannamasi ilə 15231,83 ABŞ dolları və xx.xx.2025-ci il tarixində AZ16AİİB401600C**********123 saylı hesaba daxil olan 105867,26 ABŞ dolları vəsaitin bir hissəsi-92328,01 ABŞ dolları vəsaitlə tam bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, iş materialları ilə təsdiq edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra, həmin müqaviləyə uyğun mallar ölkəyə idxal edilmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış 23 aprel 2025-ci il tarixli, EP №0191961 nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar