Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1064/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-3295/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(002)- 2779/2023 saylı icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(002)-3295/2023 saylı icra sənədinə əsasən Şəxs iddiaçı A.H.Həsrətovun xeyrinə 3750 manat məbləğində pul tutulmalı, xx.xx.2023-cü il tarixli, 2(002)-2779/2023 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********15281 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün 496.42 manat ödənilməmiş hissə, 49.58 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********30041 olan XİAOMİ POCO М3 markalı telefon üçün 183 manat ödənilməmiş hissə, 18 manat cərimə, ümumilikdə 747 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs Mübariz oğlundan alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu icraata başlamaq haqqında qərarla və tələbin könüllü icrası haqqında bildirişlə tanış olmuş, hər ay 50 manat ödəniş etmək iqtidaında olduğunu bildirmiş, lakin tələbkar borcun tam ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa icra məmuru ona verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-3295/2023 saylı icra sənədi üzrə heç bir ödəniş etməmiş, xx.xx.2023-cü il tarixli, 2(002)-2779/2023 saylı icra sənədi üzrə cəmi 270 manat ödəniş etmişdir. Sonuncu icra sənədi üzrə 507 manat borcu var. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 3295/2023 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər İcra İdarəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunmuş, borclu xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarla tanışolmuşdur. Borclu həmin borcun yüklənmiş faiz borcu olduğunu, buna baxmayaraq işsiz olduğu üçün hər ay 50 manat ödəniş edə biləcəyini bildirir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, adına əmlak müəyyən olunmamış və gəlirləri aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra idarəsinə gəlib icra məmururna hər ay 50 manat ödəniş edə biləcəyini bildirmiş, o, A.H.Həsrətovdan 2200 ABŞ dolları faiz vermə müqabilində pul götürmüş, əsas borcu ödəmiş, faiz borc qalmışdır. Hal-hazırda işsizdir və kirayədə yaşayır. Ona şərait yaradılarsa bundan sonra hər ay hissə-hissə ödəniş edə bilər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs A.H.Həsrətov bildirmişdir ki, borclu icra tələbinin icrasından qərəzli olaraq yayınır, nəticədə onun hüquq və mənafeləri pozulmaqda davam edir. Hissə-hissə ödəniş olması üçün o borcluya dəfələrlə şərait yaratmışdır. Lakin, borclu heç vaxt vədinə əməl etməmiş, ödəniş etməmiş və bildirmişdir ki, heç bir ödəniş etməyəcək. Göstərilən halları nəzərə alaraq borcun tam ödənilməsini tələb edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-3295/2023 saylı icra sənədindən görünür ki, Şəxs iddiaçı A.H.Həsrətovun xeyrinə 3750 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2(002)-2779/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********15281 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün 496.42 manat ödənilməmiş hissə, 49.58 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********30041 olan XİAOMİ POCO М3 markalı telefon üçün 183 manat ödənilməmiş hissə, 18 manat cərimə, ümumilikdə 747 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs Mübariz oğlundan alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 3295/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. Qərar və könüllü icra haqqında bildiriş xx.xx.2024-cü ildə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 2779/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. Qərar və könüllü icra haqqında bildiriş xx.xx.2024-cü ildə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 3295/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(002)-2779/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Elektron icra sistemində Şəxs qohumluq məlumatları barədə çıxarışdan görünür ki, o evli olmaqla himayəsində xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan iki icra sənədindən biri üzrə qismən ödəniş etsə də, digər icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(002)-3295/2023 saylı icra sənədi üzrə 3750 manat borcdan heç bir ödəniş etməmiş, xx.xx.2023-cü il tarixli, 2(002)-2779/2023 saylı icra sənədi üzrə 270 manat ödəniş etmiş və 507 manat borcu qalmışdır. Hazırda da ödəniş edə bilmədiyini, yalnız bundan sonra hissə-hissə ödəniş edə biləcəyini bildirir və borcun ödəniməsi ilə bağlı tələbkarla aralarında hər hansı razılıq yoxdur. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1064/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1064/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver