Məhkəmə qərarları › İş №3(060)-1069/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1069/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1069/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayətlə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, şikayət ərizəsinə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət əlavə edilmişdir. Lakin, müddət bərpa barədə ərizə X4 tərəfindən deyil, X5 tərəfindən verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İXM-nin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs şikayət verə bilər. İndiki halda qanunvericiliyin tələbinə uyöun olaraq şikayəti X4 versə də, müddət bərpa barədə ərizəni özü verməmiş, ərizə X2 adından verilmişdir. Məhkəmə qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət də yalnız bnarəsində tənbeh tətbiq edilmiş şəxs və ya onun müdafiəçisi tərəfindən verilə bilər. İş materiallarına X4 tərəfindən X3 verilmiş etibarnamə əlavə edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin nümayəndəsi institutu qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı, həmçinin izah edilməldir ki, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət şikayət vemiş şəxs və ya onun müdafiəçisi tərəfindən verilə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərarından X4 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin şikayət vemiş şəxs və ya onun müdafiəçisi tərəfindən verilə biləcəyi şikayəçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar