Məhkəmə qərarları › İş №3(060)-1069/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1069/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1069/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qubadlı rayonu, Ulaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Ulaşlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən 30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-220/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə hər ay 386 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 çıxış edərək bildirdi ki, Qubadlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra icra hərəkətləri aparılmış, borcluya şifahi və yazılı xəbərdarlıqlar verilmiş, icraata başlama haqqında qərar və bildiriş ona çatdırılmışdır. Bundan sonra borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat tərtib olunaraq məhkəməyə müraciət olunmuş, məhkəmə tərəfindən təqdimat təmin olunmuş və xx.xx.2025-ci il tarixdə borclunun ölkədən çıxışı məhdudlaşdırılmışdır. İcraata daxil olduğu dövrdən sonra tələbkarın xeyrinə rəsmi ödənişlər aparılmadığına görə hesablanmış borc bu günki tarixə 4070 manat təşkil edir. Bu gün borclunun izahatı alınmış, əmlak vəziyyəti yoxlanılmış, borcun ödənilməsi təklif olunsa da hər hansı ödəniş etməmişdir. 2022-ci ilin noyabr ayında İcra haqqında qanunun 23-cü maddəsinə əsasən icra sənədinin qaytarılması ilə bağlı tələbkar tərəfindən müraciət olunmuşdur, yenidən icraata daxil olmuş, borc hesablanmış, həmin dövrdə ödənilən pullar tələbkar tərəfindən elan olunub çıxılmışdır, ümumilikdə təxminən 14000 manat ödənilməli idi, həmin borcdan 9250 manat ödənilmiş, qalan borc 4070 manat təşkil edir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2 il 7 ay uşağı o saxlamışdır. Onun tələbkara 8 aylıq borcu vardır, belə ki, 8 aydır ki, qızı getmiş, oğlu isə onla qalır. Həmin müddətin pulunu da hissə-hissə aylıq ödəyə bilər. Tələbkar şəxslə bu barədə aralarında razılığa gəlmişlər. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, əvvəl aralarında razılıq olmuş, buna görə də ərizə ilə alimentin ödənilməsini dayandırmışdır, lakin borclu ödəniş etmədiyindən sonradan yenidən icra idarəsinə müraciət etmişdir. Uşaqlar həm onunla, həm də borclu ilə qalmışlar. Hissə-hissə ödənilməsinə razıdır, borclu ilə aralarında razılığa gəlmişlər. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs qarşı şikayəti, tələbi yoxdur. İnzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-220/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 193 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2007-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 193 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs tələbkar şəxs ilə (zərərçəkmiş şəxslə) aralarında razılığa gəlməsi, tələbkar şəxs (zərərçəkmiş şəxsin) şikayətçi olmamasını, aliment borcunu ödəməsi barədə öhdəlik götürməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru, zərərçəkmiş şəxs və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. -66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar