Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-107/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, Elnur Qubad oğlu Qurbanlının katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Məhkəmə Konpleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi ünvanı ünvan 1yətinin (bundan sonra mətndə "xxxx" ASC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 548.1-ci maddəsi ilə 27 dekabr 2022-ci il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-16674 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 07 dekabr 2022-ci il tarixdə törədilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 12 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-16674 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir və nəticədə həmin Cəmiyyətin İXM-nin 548.1ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli, 6-1.26-3-2022-16018 saylı xidməti məktubdan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Lakin "xxxx" ASC tərəfindən 2021-ci ilin nətəcələrinə görə emitentlərin illik hesabatları Mərkəzi Banka təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyesterinə daxil edilmiş məlumatlarının çıxarışından görünür ki, nizamnamə kapitalı 3.121.012,00 AZN olan "xxxx" ASC xx.xx.2002-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Ziya Əliyev tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli, 6-1.26-2- 2022-16674 saylı bildirişdən görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilməlidir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Qanunun 83.0.9-cu maddəsinə əsasən 2021-ci ilə dair emitentin illik hesabatı 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim olunması Sumqayıt Kompressorları” ASC-dən tələb olunmuşdur. Əks halda İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmaları bildirilmişdir. İş materialında olan Poçt qəbzinin surətindən aydın olur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 noyabr 2022-ci il tarixli, 6-1.26-2-2022-16674 saylı bildirişi "xxxx" ASC-yə məktubu xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.1-1-ci bəndinə görə həmin Məcəllənin 40.0.3, 421, 429.0.2, 435, 439.1, 439.2 (hər iki halda), 462, 463, 471, 472, 473.2, 473.3, 478-ci maddələrində, 478-ci və 548-ci maddələrinin adlarında, 548.1, 548.2 və 548.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) nəzərdə tutulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir, lakin "xxxx" ASC tərəfindən 2021-ci ilin nətəcələrinə görə emitentlərin illik hesabatları Mərkəzi Banka təqdim edilməmişdir. Beləliklə "xxxx" ASC tərəfindən İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də ASC həmin maddə ilə təqsirli bilinərək cərimə olunmalıdır. İXM-nin 548.1-ci maddəsinə əsasən nüvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" ASC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 1yəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000,00 (altı min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-107/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-107/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver