Məhkəmə qərarları › İş №3(060)-1070/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1070/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1070/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Pİ-nin 1-ci PB-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.9-100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. İnzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Zərərçəkmiş şəxslə bağlı məlumatlar, onun izahatları, dəymiş ziyanın hansı qaydada müəyyən edilməsi, bununla bağlı ekspert və ya mütəxəssis rəyinin alınıbalınmaması barədə protokolda və materiallarda heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs hüquqi şəxsdirsə onun səlahiyyətli nümayəndəsi (təmsilçisi və ya etibarnamə üzrə nümayəndəsi) cəlb edilməli, onun iştirakı ilə icraat aparılmalı idi. İcraatın aparılmasına əsas olmuş ərizəni vermiş şəxsin hüquqi şəxsin adından ərizə verməyə və iştirak etməyə səlahiyyəti olması barədə təqdim edilmiş materiallarda məlumat yoxdur. Eyni zamanda, materialda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə müdafiəçi təqdim olunması öz əksini tapmamış, ərizəsi belə alınmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddələsinin də tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Pİ-nin 1-ci PB-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar