Məhkəmə qərarları › İş №3(060)-1073/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1073/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1073/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 nümayəndəsi və məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və baş hüquqşünası Nümayəndə2 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilənlərə əsasən "xxxx" MMC AR Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq Elman Kətanov və Firad Mərdənovu əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bu səbəbdən həmin MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş AR ƏƏSMN yanında X6 Xidməti X1 nümayəndəsi və məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Elçin Əliyev izahatında bildirmişdir ki, 2 nəfər şəxs Elman Kətanov və X9 İş Mərkəzi arasında əmək müqavilə bağlanmış və həmin müqavilə əsasında həmin şəxslər "xxxx" MMC-də fəaliyyət göstərmələri üçün həmin müəssisəyə göndərilmişlər. Həmin şəxslərin əmək müqavilələrinin müddəti bitdiyi üçün əmək müqavilələrinə xitam verilmiş, bu barədə dərhal yəni xx.xx.2024-cü il tarixdə X17 tərəfindən "xxxx" MMC-ə elektron qaydada məlumat verilmiş, lakin adı çəkilən şəxslər 2024-cü ilin noyabr sonunadək əmək müqaviləsi olmadan işlərə cəlb edilmişlər. Belə ki, noyabr ayı üçün sonuncuların əmək haqqları ödənilmədiyi üçün onlar ƏƏSMN-nə şikayətlə müraciət edərək həmin ayı tam işləmələrinə baxmayaraq əmək haqlarının ödənilmədiyini bildirmişlər. Bu halın araşdırılması məqsədilə "xxxx" MMC-dən işçilərin noyabr ayı üçün tərtib edilmiş işə gəlmə gündəliyi (tabeli) əldə edilmiş, aparılmış araşdırma zamanı Elman Kətanovla, Firad Mərdanovun həqiqətən də, əmək müqavilələri olmadan noyabr ayı ərzində işlədikləri, lakin əmək haqlarının ödənilmədiyi müəyyən edilmişdir. Qeyd edir ki, adı çəkilən şəxslərin əmək müavilələrinə xx.xx.2025-ci il tarixdə xitam verildiyindən onların əmək haqqları ödənilməmişdir. Məhkəmə iclasında Elçin Əliyev ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, əmək müqaviləsi hüquqi qüvvəsini itirdikdən sonra hər hansı işçinin işə cəlb edilməsi qanunla yolverilməzdir. Əmək müqaviləsinin müddəti bitdiyindən adları çəkilən işçilərlə əmək müqaviləsinə xitam verilsə də, "xxxx" MMC Elman Kətanov və Firad Məmməddovu işə cəlb etməyə davam etmiş, lakin həmin şəxslərə ayın sonunda əmək haqqları ödənilmədiyindən onlar təmsil etdiyi quruma şikayət etmişlər. Qeyd edir ki, “X17” tərəfindən MMC-nin kadrlar şöbəsinin rəhbərinə adları çəkilən şəxslərin əmək müqavilərinə müddətin qurtarması əsası ilə xitam verilməsi barədə elektron qaydada məktub göndərilmiş, lakin səhlənkarlıq və etinasızlıq səbəbindən həmin şəxslər əmək müqavilələri olmadan işlərə cəlb edilmişdir. Əmək haqqları ödənilməyəndə isə əmək müqavilələrinə xitam verildiyi onlara məlum olmuşdur. Bildirir ki, əmək kitabçası əsas sənəd hesab edilmir, 2024-cü ilin avqust ayında qanuna edilən dəyişikliyə əsasən elektron sistemdə yerləşdirilən müqavilə və məlumatlar əsas sənəd hesab edilir. Protokolu müdafiə edir, "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və baş hüquqşünası Nümayəndə2 izahatında bildirir ki, “X17” əsas fəaliyyəti işsiz vətəndaşların müraciətlərinə uyğun olaraq işsizliyin aradan qaldırılması məqsədilə ilə həmin şəxsləri işlə təmin edilmələri üçün müxtəlif şirkətlərə təhkim etməkdən ibarətdir. Bu səbəbdən “X17” ilə təmsil etdiyi MMC arasında saziş imzalanmışdır. Təhkim edilmiş şəxslərin işə qəbul edilməsi, xitam verilməsi, məzuniyyətlərinin verilməsi X10 səlahiyyətinə aid olmuşdur. Təmsil etdiyi MMC yalnız həmin işçilərin başqa yerə getməməsi, işə gəlib-getməsinə nəzarət etmişdir. “X17” Elman Kətanov və Firad Mərdanovu xx.xx.2024-cü il tarixdə işdən azad etmişdir. Qeyd edir ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməmişdən 7 gün ərzində işçiyə bu barədə xəbərdarlıq edilməlidir. Qeyd edir ki, həmin şəxslərə əmək haqqı X17 tərəfindən ödənilmişdir. Həmin şəxslər sonuncu işlədikləri ay üçün əmək haqqı almadıqları üçün məsələ ilə bağlı ƏƏSMN-nə şikayət ərizəsi ilə müraciət etmişdir. X13 təmsil etdiyi MMC-yə verilmiş cavabdan adları çəkilən şəxslərin xx.xx.2024-cü il tarixdən işdən azad olunduqları bildirilmişdir. Qeyd edir ki, adları çəkiləm şəxslərin xx.xx.2025-ci il tarixdə işdən azad edilmələri barədə onlarda heç bir məlumat olmamışdır. X17 bu barədə onlara elektron qaydada məlumat vermələrindən məlumatları olmamışdır. Təmsil etdiyi müəssisənin kadrlar üzrə əməkdaşı Xəqani İbişov da göndərilən məlumatın ona çatmadığnı bildirmişdir. Onların məlumatı olmuş olsaydı həmin şəxsləri işlərə cəlb etməzdilər. Məhkəmə iclasında Nümayəndə2 ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, 2024-cü ilin noyabr ayı ərzində adları çəkilən hər iki şəxs MMC-də işləmişdir. xx.xx.2024cü il tarixdə saat 05:32-də təmsil etdiyi MMC-nin kadrlar şöbəsinin rəhbərinin imeyl ünvanına məlumat göndərilmiş, səhəri gün kadrlar şöbəsində komputer işləməmişdir. Kadrlardan bildirilir ki, saat 17:00-da iş vaxtı bitmiş, bildiiş isə 19:00-da gəlmişdir. ƏM-nin 87-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən əmək kitabçası həmin gün işçilərə verilməlidir. Bildirir ki, MMC hər ayın sonu işə davamiyyət cədvəlini X16 təqdim edir. Bundan başqa bildirmişdir ki, DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən təmsil etdiyi müəssisənin direktoru Nümayəndə1 barəsində İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və direktor 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, həmin cərimə məbləği tərəflərindən ödənilmişdir. Məhkəmədən protokolun təmin edilməməsini, iş üzrə icraata xitam verilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və baş hüquqşünası Nümayəndə2 şifahi vəsatət verərək işin bütün faktiki hallarının öyrənilməsi və məhkəmə araşdırmasının obyektiv aparılması üçün kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində çalışan Xəqani Abuşovun məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilməsini xahiş etmiş, məhkəmə vəsatəti təmin edərək, Xəqani Abuşovu şahid qismində məhkəmə iclasına dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəqani Abuşov vermiş olduğu izahatında bildirmişdir ki, o, kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. Qeyd edir ki, MMC-ə işləmək üçün təhkim edilmiş vətəndaşların gündəlik işə gəlməsinə işdən getməsinə onlar nəzarət edir. Lakin həmin işçilərə əmək haqqının ödənilməsi X17 tərəfindən həyata keçirilmişdir. Adı çəkilən işçilərlə 2019-cu ildə müqavilə bağlanaraq işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqavilələrinə xitam verilmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə o, tabeli yazaraq X16 göndərmiş, həmin vaxt X13 mühasib ona həmin işçilərin müqavilələrinə xitam verildiyini bildirmişdir. Bunu bildikdən sonra X15 çalışan Aysel Səlimli ilə əlaqə saxlamış, Aysel Səlimli bu barədə məlumatı xx.xx.2024-cü il tarixdə onun elektron poçt ünvanına göndərdiyini bildirmişdir. Bildirir ki, kadrlarla bağlı bütün məlumatlar həm onun mail ünvanına, həm də "xxxx" ASC-nin kadrlar şöbəsinin rəhbəri Sevil Hüseynovanın mail ünvanına göndərilir. Həmin vaxt Sevil Hüseynova əməliyyat olduğu üçün işdə olmamış, ona xəstəlik vərəqəsi açılmışdır. Bildirir ki, Aysel Səlimlinin onun meyl ünvanına göndərilən məlumatdan xəbəri olmamışdır. Həqiqətən də 2024-cü ilin noyabr ayında Elman Kətanov və Firad Mərdanov MMC-də işləmişlər. İşlədiyi MMC-nin həmin işçiləri qanunsuz işlətmək məqsədi olmuş olsaydı imzalı və möhürlü cədvəlləri tərtib edib X16 göndərməzdi. Məhkəmə iclasında Xəqani Abışov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, işlədiyi müəssisədə iş vaxtı hər gün saat 17:00-da bitir. Aysel Səlimli tərəfindən adı çəkilən şəxslərin əmək müqavilələrinə xitam verilməsi barədə məlumat isə onun elektron poçt ünvanına xx.xx.2025-ci il tarixdə saat 17:35 də gəlmiş, iş saatı bitdiyindən bu barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: “X17” MMC-nin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-4057/2024 saylı Əmrdən çıxarışdan görünür ki, “X17” MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş "xxxx" ASC nəzdində "xxxx" MMC-nin sahə işlər üzrə köməkçi vəzifəsində işləyən X4 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə əsasən xitam verilmişdir. “X17” MMC-nin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-4057/2024 saylı Əmrdən çıxarışdan görünür ki, “X17” MMC-də müddətli əmək müqaviləsi ilə "xxxx" ASC nəzdində "xxxx" MMC-nin Sumqayıt şəhəri ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində işləyən X2 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qutarması) bəndinə əsasən xitam verilmişdir. Elektron məktubdan görünür ki, Aysel Səlimlinin <Elektron ünvan ı meyl ünvanından Xəqani Abışovun `Xaqani.Abishov` adlı mail ünvanına xx.xx.2024-cü il tarixdə çərşənbə axşamı saat 17:35-də X4 və X2 əmək müqavilələrinə ƏM-nin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən xitam verildiyi barədə məlumat göndərilmişdir. Qeyd olunan halların araşdırılması məqsədi ilə AR ƏƏSMN yanında X6 Xidməti Abşeron Xızı Regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin hüquqi ünvanına bildiriş göndərilmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş işçilərin işə davamiyyət cədvəlindən Elman Kətanov və Firad Mərdanovun xx.xx.2024-cü il tarixdən həmin ayın sonunadək işlikdəli qeyd edilmişdir. DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru Nümayəndə1 barəsində İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və direktor 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlar ilə tam təsdiq edilir. Bu səbəbdən həmin MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, ƏM-nin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. ƏM-nin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki¸ "xxxx" MMC-nin kadrlar üzrə mütəxəssisi Xəqani Abışovun elektron poçt ünvanına 05 noyabr 2024-cü il tarixdə saat 17:35-də X15 mütəxəssis vəzifəsində işləyən əməkdaşı Aysel Səlimli tərəfindən işçilər X7 və X5 ilə X17 arasında əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə elektron qaydada məlumat göndərilsə də, "xxxx" MMC həmin məktuba reaksiya verilməmiş, nəticədə adı çəkilən şəxslər əmək müqavilələri olmadan 25 gün müddətində işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə adı çəkilən MMC-ni təmsil edən hüquqşünas Nümayəndə2 müəssisənin həmin inzibati xətanı törətməməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, sonuncu MMC-ni məsuliyyətdən yayındırmaq məqsədilə bu məzmunda izahat vermişdir. Məhkəmə həmin izahatı özünümüdafiə xarakterli izahat kimi qəbul edir. Belə ki, müəssisənin təqsirli bilinməsi üçün məhkəmə iclasında kifayət qədər sübutlar müqayisəli şəkildə tədqiq edilmişdir. Göründüyü kimi Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin kadrlar üzrə mütəxəssisi Xəqani Abışovun elektron poçt ünvanına 05 noyabr 2024-cü il tarixdə saat 17:35-də X15 mütəxəssis vəzifəsində işləyən əməkdaşı Aysel Səlimli tərəfindən işçilər Elman Kətanov və Firad Mərdanov ilə X17 arasında əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə elektron qaydada məlumat göndərilsə də, Xəqani Abışov səhlənkarlıq və məsuliyətsizlik edərək həmin məktuba reaksiya verməmiş, nəticədə adı çəkilən şəxslər əmək müqavilələri olmadan 25 gün müddətində işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bundan başqa adı DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMCnin direktoru Nümayəndə1 barəsində İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilmiş və direktor 3000 manat məbləğində cərimə edilmiş, həmin cərimə məbləği də müəssisə tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, İXM bir və ya daha artıq işçinin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məsələsində əməlin hüquqi tövsifini fərqləndirmir. İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İXM-nin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirindən törəyir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 yanvar 2023-cü il qərarında İXM-nin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyektin (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilməsinin mümkünlüyü qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir, müəssisənin məsuliyyətini istisna edən hər hansı hal müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyri və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsi, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC inzibati məsuliyyətə cəlb edilməli, maddənin sanksiyasında nəzrədə tutulmuş minimum həddə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar