Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1075/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X6, Zərərçəkmiş şəxslər – X1 və X5, Barəsində protokol tərtib olunmuş şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 28 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 20.04.2022-ci il tarixdə Şəxs keçmiş həyat yoldaşı X2 və onun xalası X7 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 27 ünvanının qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Mehman Əsədov bildirdi ki, 20.04.2022-ci il tarixdə Şəxs keçmiş həyat yoldaşı X2 və onun xalası X7 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 27 ünvanının qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində müvafiq protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib olunmuş Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o həmin ünvana telefonunu almağa getmişdir və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbiləşmiş, lakin qəsdən olma sa da nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahdan olan uşağı Şəxs himayəsindədir. Buna baxmayaraq o tez-tez onun yaşadığı ünvana gələrək ona qarşı nalayiq ifadələr işlədir. O bunu mütəmadi olaraq etdiyindən bununla bağlı DİN-nin “102” xidmətinə zəng vuraraq xəbər vermək məcburiyyətində qalmışdır. Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, ünvan 2 ünvanında bacısı qızı X4 ilə birlikdə yaşayırlar. Bacısı qızının keçmiş həyat yoldaşı Şəxs onları daima təhqir edir və onlara qarşı nalayiq ifadələr işlədir. 20 aprel 2022-ci il tarixdə o Lamiyə il birlikdə Lamiyənin iş yerinə gedirmişlər. Həmin zaman Nəriman onları görmüş uşağı maşında qoyub özü onlara yaxınlaşmış, küçədə onlara qarşı ucadan nalayiq ifadələr işlətmişdir. Axşam saatlarında onlar evə qayıtdıqda isə onun üzərinə tüpürmüşdür. Odur ki, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində protokol tərtib olunmuş Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. İş materillarında olan 20.04.2022-ci il tarixli ərizələrdən görünür ki, Şəxs 20.04.2022ci il tarixdə X1 və X5 ünvanına nalayiq ifadələr işlətmiş və X4 və X9 bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki Şəxs tərəfindən ictimai qayda pozulmuşdur, onun təqsiri iş materialları ilə yanaşı özünün məhkəmədə verdiyi izahatı ilə də təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması və ona təkbaşına baxmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Belə ki, İXM-nin 30.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs himayəsində azyaşlı uşağı olduğundan və onu təkbaşına böyütdüyündən onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1075/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1075/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver