Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1075/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1964-cü ildə, Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 24:00 radələrində Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng vuraraq ünvansız nalayiq söyüş söymüş, həmçinin polis bölməsinin inzibati binasında səs-küy salaraq nalayiq söyüş söyərək xırda xuliqanlıq etmiş, o, həmçinin xx.xx.2025-ci il tarixdə, saat 24:00 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Nizami parkı ərazisində etdiyi İXM-la bağlı polis bölməsinə gətirilərkən polisin qəsdən qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1076/2025 və 3(060)-1075/2025 nömrəli işlər bir icraatda birləşdirilmiş və işə 3(060)-1075/2025 nömrəsi ilə işə baxılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi polis kapitanı X4 tərtib etdiyi protokolları müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 24:00 radələrində Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə zəng vuraraq ünvansız nalayiq söyüş söymüş, polis bölməsinin iş rejimini pozmuş, həmçinin polis bölməsinin inzibati binasında səs-küy salaraq nalayiq söyüş söyərək xırda xuliqanlıq etmiş, o, həmçinin xx.xx.2025-ci il tarixdə, saat 24:00 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Nizami parkı ərazisində etdiyi intibati xəta ilə bağlı polis bölməsinə gətirilərkən polisin qəsdən qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, içkili olmuşdur. O, bu səbəbdən nə etdiyini xatırlamır. Bütün bu olanlar içkinin təsirindən olmuşdur. O, 102 xidmətinə zəng edərək pulunu tələb etmiş, telefonu söndürdükdən sonra söyüş söymüşdür. O, içkili olduğundan etdiyi hərəkətləri xatırlamadığını, əməlindən peşman olduğunu bildirib, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Nicat Abduyev izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:15 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-də əməliyyat qrupunda xidmətdə olarkən, X1 dəfələrlə DİN-102 zəng xidmətinə məlumat vərərək qeyri adekvat danışması və oranın əməkdaşlarını söyərək iş rejimini pozması ilə əlaqədar onun olduğu yerə yaxınlaşarkən Sumqayıt şəhəri 34-cu məhəllə ərazisində yerləşən Nizami parkında vətəndaş Şəxs yenindən ucadan ünvansız küçə söyüşləri söyməyə başlamışdır. DİN-102 zəng xidmətinə nə üçün məlumat verdiyini, şikayətinin nə olduğunu soruşduqda təkrar öz hərəkətlərinə davam edərək səs-küy salaraq ətrafdakıları özünə cəlb etməyə başlamışdır. O, onu nizam intizama dəvət etməyə, sakitləşdirməyə çalışmış və vətəndaş isə iradlara məhəl qoymamışdır. Həmin şəxsi PB-yə gətirmək istəyərkən tabesizlik göstərməyə başlamış, avtomaşına minmək istəməmişdir. Həmin şəxsi Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gədirdikdən sonra yenidən öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxsin əməlindən peşman olmasını, həmçinin yaşını nəzərə alaraq onun barəsində cərimə ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məsul növbətçisi, polis kapitanı E.Bayramov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:18-də AR DİN-nin 102 zəng xidmətinə zəng edərək qeyrirəsmi münasibətdə olduğu Pərvanə adlı qadının yüngül həyat tərzi sürməsi barədə məlumat vermişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məsul növbətçisi, polis kapitanı E.Bayramov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da AR DİN-nin 102 zəng xidmətinə zəng edərək 102 xidmətinin iş rejimi pozmuşdur. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Nicat Abduyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:15 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-də əməliyyat qrupunda xidmətdə olarkən, xx.xx.1964-cü il təvəllüdlü X1 dəfələrlə DİN-102 zəng xidmətinə məlumat vərərək qeyri adekvat danışması və oranın əməkdaşlarını söyərək iş rejimini pozması ilə bağlı həmin şəxs ilə əlaqə saxlayıb, onun olduğu yerə yaxınlaşarkən Sumqayıt şəhəri 34-cu məhəllə ərazisində yerləşən Nizami parkında vətəndaş Şəxs yenidən ucadan ünvansız küçə söyüşləri söyməyə başlamışdır. DİN-102 zəng xidmətinə nə üçün məlumat verdiyini, şikayətinin nə olduğunu soruşduqda təkrar öz hərəkətlərinə davam edərək, səs-küy salaraq ətrafdakıları özünə cəlb etməyə başlamışdır. O nizam-intizama dəvət edilmiş, sakitləşdirməyə çalışmış və vətəndaş isə iradlara məhəl qoymamışdır. Həmin şəxsi PB-yə gətirmək istəyərkən tabesizlik göstərməyə başlamış, avtomaşına minmək istəməmiş, yayınıb qaçmaq istəmişdir. Həmin şəxsi Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gədirdikdən sonra yenidən öz hərəkətlərinə davam etmiş, nalayiq söyüşlər söyüb xırda xuliqanlıq hərəkətləri etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuş, o, xx.xx.2025-ci il, saat 15:00-da azad olunmuşdur. Beləliklə, Şəxs tərəfindən polis işçiləri ictimai qaydanın mühafizə edilməsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidin izahatı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sansiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 23:45-dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 23:45-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1075/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1075/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver