Məhkəmə qərarları › İş №3(060)-1077/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1077/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1077/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1974-cü ildə Zəngilan rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 25 aprel 2023-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində Şəxs birgə yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4 izahatında bildirdi ki, o, təhqiqatın xx.xx.2023-cü il tarixli qüvvədə olan qərarına əsasən Şəxs barəsində İXM-nın 157-ci maddəsi ilə protokol tərtib etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 00:10 radələrində birgə yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs döymüşdür. Şəxs PB-də izahatı alınmış, daha sonra o, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayindən keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs alkoqol sərxoş vəziyyətində olmuşdur. Əvvəllər də Müzəffərov Elsəvərdən ailəsi tərəfdən şikayətlər olmuş, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında evə gəldiyi zaman övladlarının və arvadı Zərərçəkmiş şəxs telefonla çox məşğul olduqlarını gördüyü üçün aralarında mübahisə yaranmışıdr. O həmin gün sərxoş olmamış, yalnız piyvə içmişdir. Zərərçəkmiş şəxs ona uşaqları ilə mübahisə etməməsini bildirmiş, aralarında yüngülvari münaqişə olsa da Vəfanı döyməmişdir. Vəfa həmin vaxt xəsarətləri hansı şəraitdə aldığını izah edə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun əridir. Əri Şəxs spirtli içki aludəçisidir, o mütamadi olaraq spirtli içki qəbul edərək yaşadıqları evdə əsassız mübahisələr yaradır, onu, oğlu Elvini və qızı Nərmini mütamadi olaraq təhqir edir, evdən çıxardacağı ilə hədələyir. Dəfələrlə Elsəvər ona və uşaqlarına əl qaldırmışdır, qohumları onu normal yaşamağa dəvət etmişlər, ancaq xeyri olmadı. xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:00 radələlərində Şəxs hər zaman olduğu kimi sərxoş halda yaşadıqları evə gəlib uzanmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:10 radələrində Elsever yuxudan oyanıb onunla və övladları ilə əsassız mübahisilər etməyə başlamışdır. Həmin vaxt uşaqlar dərsləri ilə məşğul olmuşdur. O Elsevərə sakit olmasını və qonşuların onları eşidə biləcəklərini bildirdikdə, Elsevər heç bir səbəb olmadan onu döyməyə və onun bədəninin müxtəlif hissələrinə zərbələr endirməyə başalmışdır. Bu zaman qızı Nərmin onların arasına girərək onu Elsevərin əlindən almağa çalışmış, lakin Elsəvər Nərmini də vurmuş, Nərminin gözündəki optik eynək düşmüş, oğlu da gəlib araya girib Elsəvəri kənara çəkmişdir. O, bundan sonra DİN-in 102 xidmətinə zəng erdərək baş vermiş hadisə barədə məlumat vermişdir. O Elsəvəri bağışlamır, çünki bu birinci dəfə deyil. Artıq stresdən onda ankoloji xəstəlik əmələ gəlmişdir, müəllimə işləyib bir təhər ailəni dolandırsa da Elsəvər hər gün içir, evə və uşaqların təhsilinə ümumiyyətlə baxmır. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid izahatında bildirdi ki, atası Şəxs mütamadi olaraq spirtli içki qəbul edərək yaşadıqları evə gəlib onlar ilə əsassız mübahisələr eləyir, onu, qardaşını və anasını təhqir edir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:00 radələlərində atası yenə sərxoş halda yaşadıqları evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:10 radələrində atasının anası ilə əsassız mübahisilər etməyə başladığını görmüş, anasının bu zaman atasından sakit olmasını və qonşuların səslərini eşidə biləcəklərini bildirdikdə atası heç bir səbəb olmadan anasını döyməyə başlamışdır. Onların arasına girərək aralamaq istəyərkən atası onu da vurmuş, gözündəki optik eynək yerə düşmüşdür. Atası spirtli içki aludəçisidir, o mütamadi olaraq spirtli içki qəbul edib yaşadıqları evdə əsassız mübahisələr yaradır, onu, qardaşı Elvini və anasını mütamadi olaraq təhqir edir. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/352 №li xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il tarixdə, saat 01:30-da) “orta dərəcə” sərxoşluq vəziyyəti aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023cü il tarixli 310 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər - «alnın sol yarısının, sağ baldırın arxa səthinin sıyrığı, sağ bazunun qançırı » küt əşya təsirindən yaranmış, xx.xx.2023-cü il tarixdə küt əşya ilə törədilmişdir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından fakt əsasında aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir, lakin Şəxs əməlində döymə, yəni İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti xidmət sahəsinə həvalə olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, protokolu tərtib etmiş şəxs və şahidi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXMnin 157-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.4, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və o, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 aprel 2023-cü il saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar