Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1078/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şxəs Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İİ qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə 27 aprel 2022-ci il tarixli MN № ******* saylı və 27 aprel 2022-ci il tarixli MN № ******* saylı saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 27.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kristal ünvan 2-də icra məmuru məhkəmə qərarını icra edərəkən MTK-nın işçisi Zərərçəkmiş şəxs və onun iş yoldaşını söyüb təhqir etmiş, şərəf və ləyaqətini alçatmışdır; vətəndaş Şəxs 27.04.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kristal ünvan 2-də məhkəmə qərarı ilə mənzil boşaldarkən icra məmurunun işinə müdaxilə etmiş, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1077/2022 və 3(060)- 1078/2022 №li işlər bir icraatda 3(060)-1078/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1ci polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi protokollara uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Kristal ünvan 2 ünvanını Fatma adında qadından 2021-ci ilin mart ayında ipoteka ilə notarial qaydada 4 otaqlı evi ilkin ödəniş 10.000,00 manat verərək 17 illik 1.050,00 manat ödəmək şərti ilə almışdır. 2022-ci ilin yanvar ayından o evə köçmüşdür. Evə köçdükdən sonra ödəniş etmək istəyərkən ona bildirilmişdir ki, qeyd olunan ev məhkəmə qərarı ilə boşaldılmalıdır. Məhkəmə qərarında nə onun nədə ki, övladının adı qeyd olunmamışdır. İcra məmuru Orxan Məmmədov uşağı evdə yatmış vəziyyətdə qapının kilidini qıraraq qanunsuz olaraq evinə daxil olmuş və 17 yaşlı övladını söyərək təhqir etmişdir. 27.04.2022-ci il tarixində mühafizəyə yaxınlaşaraq evdə pişiyinin ac-sus qaldığı üçün pişiyini evdən götürmək məqsədilə evə gəlmişdir. Evə gələrkən 7 fəhlənin qapısında veşlərini yığaraq daşındığını görmüşdür. O, qeyd olunan ünvana gəldiyi zaman Tamaşa adlı şəxs, polis və icra məmuru olmadığı halda guya onları söyərək təhqir etmişdir. Polisə ondan şikayət edərək şər-böhtan atılaraq onları söyətək təhqir etdiyi bildirilsə də halbu ki, həmin an icra məmuru və polis nəfəri orada olmamışdır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsii məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 27.04.2022-ci il tarixində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Kristal ünvan 2-də icra məmuru məhkəmə qərarını icra edərəkən Yeganə adlı şəxs icra məmuru və polis nəfərini, icra məmurunu və onu söyüb təhqir edərək şərəf və ləyaqətini alçatmışdır. O Kristal Abşeron MTK-nın səlahiyyətli nümayəndəsi kimi qeyd olunan ünvanda olarkən məhkəmə qərarı ilə mənzili boşaldarkən icra məmurunun işinə müdaxilə etmiş, polis əməkdaşların qanuni tələbinə məhəl qoymamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan 27 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2022-ci il tarixdə inzibati qaydada tutulmuş və 28 aprel 2022-ci il tarixdə azad olunmuşdur. İXM-nin 510-cu maddələrinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 100,00 (bir yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1078/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1078/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver