Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1079/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayevin, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 mənzil 53-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 76-cı məhəllədə fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayev Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 01 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayev izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Yolda avtomobil sürərkən bir-birlərinə yol vermədikləri üçün münaqişə başlamışdır. O, təhqiqatçıdan hadisənin olduğunu yerdə mövcud olan kamera görüntüləri ilə bağlı soruşmuş, lakin təhqiqatçı kamera işləmədiyindən görüntü olmadığını bildirmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus “Opel” markalı **- DM-*** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şəhər 76-cı məhəllədə kanal qırağı ilə öz yolu ilə hərəkət edən zaman qarşıdan gələn Vaz 21015 markalı, **-XF-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şəhriyar ona yol verməyib maşını saxlamış, o, əl işarəsi edərək ona yol verməsini söyləmiş, Şəhriyar isə ona onun yol verməli olduğunu demişdir. O, maşından düşdükdə Şəhriyar da maşından düşmüş və Şəhriyara ara yol olduğuna görə onun yoluna çıxmadığını deyib yol verməsini söyləmiş, Şəhriyar yenə də yol verməyəcəyini bildirmişdir. Şəhriyar öz ünvanına nalayiq ifadə işlədib yol verməyəcəyini dedikdə o, əsəbləşərək onun yaxasından tutub itələmişdir. Şəhriyar kənara çəkilərək baş vermiş hadisə ilə bağlı 102 xidmətinə zəng edib məlumat vermiş, həmin zaman orada olan PPXT-un polis əməkdaşları onların mübahisələrini görüb yaxınlaşmışlar. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus maşınla Sumqayıt şəhəri, 76-cı məhəllədə kanal qırağı öz yolu ilə hərəkət edib evi istiqamətində gedən zaman qarşıdan “Opel” markalı **-DM-*** dövlət nömrə nişanlı maşının sürücüsü onun yoluna çıxmışdır. Sonradan sürücünün adının Samir olduğunu bilmişdir. O, maşını saxlamış, Samir əl işarəsi ilə ondan yol verməsini istəmiş, o isə yolu göstərərək Samirin yol verməli olduğunu bildirmişdir. Samir maşından düşdükdə o da maşından düşmüşdür. Samir ona yaxınlaşaraq iki uşağının yanında ünvanına nalayiq ifadə işlədərək niyə yol vermədiyini soruşduqda, o, Samirə öz yolu ilə getmədiyini və onun yol verməli olduğunu bildirmiş, bu zaman Samir gözlənilməz anda onun boyun nahiyəsinə yumruq ilə vurmuşdur. O isə Samirə heç bir şey etməmiş, kənara çəkilərək baş vermiş hadisə ilə bağlı 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin anda yaxınlıqda olan PPXT-nin polis əməkdaşları onların mübahisəsini görüb yaxınlaşmış, o, olanları dedikdən sonra polis əməkdaşları onları 5-ci PB-yə gətirmişlər. O, təhqiqatçıya həmin ərazidə kamera olduğunu bildirmişdir. Hazırda o, Şəxs şikayətçi olduğunu, məhkəmədən qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində ədalətli qərar qəbul edilməsini, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, Sumqayıt şəhər Polis İdarəsinin Post Patrul Xidməti Taborunda polis serjantı işləyir. xx.xx.2025-ci il tarixdə axşamüstü Sumqayıt şəhəri, Çerkassi küçəsində xidməti avtomobildə olarkən səs-küy eşitmiş və avtomobildən düşərək mübahisə edən şəxslərə yaxınlaşmışlar. Daha sonra zərərçəkmiş şəxs 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. O, həmçinin izahatında Samirlə Şəhriyarın əlbəya olduğunu görmədikyini, davanın səsinə avtomobildən düşdüyünü bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 492 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyun nahiyəsinin qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əl zərbəsi ilə yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin vətəndaş Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd olunaraq Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, döyməsi, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1079/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1079/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver