Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-108/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1979-cu ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində 11 yanvar 2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11815/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini üzürlü səbəb olmadan icra məurunun qanuni tələbini yerinə yetirməmiş və nəticədə 9636 (doqquz min altı yüz otuz altı) manat aliment borcu yaranmışdır. Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 11815/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü Məmmədov Piri Tural oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 136 (bir yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat sabir pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. 2022-ci ilin may ayında borclu ilə tələbkar arasında razılaşmaya əsasən borclu 11000 (on bir min) manat aliment borcundan tələbkaa 5000 (beş min) manat ödəniş etmişdir. Lakin ödənilən aliment borcundan 3-4 ay keçdikdən sonra borclu ödəniş etməmiş və tələbkar ərizə ilə müraciət edərək borclunun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmişdir. Bundan sonra borclu dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, lakin çağırışlara gəlmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Bu müddət ərzində borclu heç bir ödəniş etməmiş və nəticədə 9636 (doqquz min altı yüz otuz altı) manat aliment borcu yaranmışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 11815/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü Məmmədov Piri Tural oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 136 (bir yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat sabir pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Əvvəllər aliment borcundan N (altı min) manat, hərbi hissədə işləyəndə isə borcluya vermiş olduğu əmək haqqı kartından 3000 (üç min) manat ödəniş etmişdir. Sonradan işdən çıxmış və imkanı olmadığına görə ödəniş edə bilməmişdir. 2022-ci ildə tələbkar ilə aralarında olan razılaşmaya əsasən o, bankdan 5000 (beş min) manat kredit götürmüş və həmin məbləği də aliment borcuna görə tələbkara vermişdir. Onların arasında olan razılaşmaya əsasən o, götürdüyü krediti ödəməli və daha sonra yenidən bir az da yüksək məbləğ kredit götürərək tələbkara verməli idi. Lakin razılaşmaya baxmayaraq tələbkar yenidən ondan İcra İdarəsinə şikayət etmişdir. Tələbkara 13000 (on üç min) manat aliment ödədiyini bildirdi. Hal-hazırda fərdi əməklə məşğul olduğunu, himayəsində azyaşlı uşağının olmasını və kirayədə yaşadığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs aliment borcunu tam ödəməməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 11 yanvar 2024-cü il, saat 15:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X5 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-108/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-108/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver