Məhkəmə qərarları › İş №3(060)-1080/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1080/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1080/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Rəhimov Kamil Rüfət oğlunun iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Rəhimov Kamil Rüfət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 322.0.2ci maddələri ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Hal-hazırda qərardan şikayət vermiş şəxs Rəhimov Kamil Rüfət oğlu Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qərardan şikayət vermiş şəxs Rəhimov Kamil Rüfət oğlu ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan qərardan məhkəməyə şikayət versə də, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-725/2022 saylı, 15.03.2022-ci il tarixli qərardadı ilə şikayəti qanunvericilikdə nəzərdə tutulan prosessual müddətlərin ötürülməsi ilə bağlı geri qaytarılmışdır. Həmin qərardadı 28.04.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə şəxsən almışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, inzibati qərarın surəti rəsmi qaydada ona təqdim edilməmiş, yalnız yol polisi tərəfindən saxlanılarkən onun barəsində belə qərarın olduğunu bilmiş və dərhal Sumqayıt şəhər DYPŞ-nə müraciət edərək 12.03.2022-ci il tarixdə qərarın surətini əldə etmişdir. Həmçinin qeyd etmək istəyir ki, onun adına və istifadəsində olan mobil nömrəsinə də, qərar barəsində heç bir məlumat gəlməmişdir. Onu elektron kabineti isə mövcud deyildir. Ona görə də, Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsinin üzürlü sayılmasını və bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və müddətin bərpasına dair dəlilləri araşdırıb belə hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair şikayət vermiş Rəhimov Kamil Rüfət oğlunun ərizəsi təmin edilməməlidir. Məhkəmə iş materiallarından və vəsatətdən görünür ki, şikayət vermiş Rəhimov Kamil Rüfət oğlu Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan xəbərdar olmadığını və həmin qərarı 12.03.2022-ci il tarixdə Sumqayıt şəhər DYPŞ-dən rəsmi qaydada aldığını qeyd etsə də, onun tərəfindən bu xüsusatı təsdiqləyən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərardan şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Rəhimov Kamil Rüfət oğlunun Sumqayıt şəhər DYPŞ-nin rəisi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 28.12.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə şikayəti rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar