Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1082/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00700-01011/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00700-01011/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokola görə Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar İraq Respublikasında fəaliyyət göstərən “X2 Zabid” şirkəti ilə 04/02 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə bağlayıb buğda yarması yükünü 4920 avro qiymətinə (Konsiqnasiya əməliyyatları üzrə hesabat”-a dair çıxarışa əsasən ABŞ valyutasına nisbətdə 5513.01 AB$ dolları) sataraq 08 may 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8715 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə Gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından İraq Respublikasında fəaliyyət göstərən “X2 Zabid” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********8715 sorqu nömrəli Gömrük bəyannaməsi üzrə ümumilikdə milli valyutaya nisbətdə 9372.12 (doqquz min üç yüz yetmiş iki manat on iki qəpik) manat təşkil edən 5513.01 AB$ dolları dolları(4920 avro) xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, o, Şəxs MMC-nin təsisçi direktorudur. xx.xx.2019-cu il tarixdə İraq Respublikasında fəaliyyət göstərən “X2 Zabid” şirkəti ilə bağlanılmış 04/02 nömrəli müqaviləyə əsasən buğda yarması yükünü 4920 avro qiymətinə sataraq 08 may 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsində **********8715 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmişdir. “X2 Zabid” şirkəti ilə aralarında olan razılaşmaya əsasən məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaiti Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına köçürülməli idi. Lakin “X2 Zabid” şirkəti üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Belə ki, şirkət tərəfindən ilk öncə onun tərəfindən edilən telefon zənglərinə cavab verilməmiş, daha sonra bütün dünyada mövcud olan pandemiya səbəbi ilə ödənişlər edilməlidi. Tərəflər arasında vasitəçilik xidmətini İrandan olan fiziki şəxs tərəfindən həyata keçirilmişdir. Bildirir ki, onun tərəfindən qanunvericiliklə üzərinə düşən öhdəlik yerinə yetirilmiş, rüsum və digər ödənişlər ödənilmiş, lakin ondan asılı olmayan səbəblərdən ixracatçı şirkət tərəfindən ödəniş edilməmişdir. “X2 Zabid” şirkətinin səlahiyyətli nümayəndəsini tapıb, mübahisəli məsələni həll etmək üçün ona iki-üç ay vaxt lazımdır. Əməlindən ona görə peşmandır ki, onlar tərəfindən mallar ölkə ərazisindən ixrac edilsə də, onun qarşılığında valyuta vəsaitini ala bilməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, “X1” MMC tərəfindən “buğda yarması” yükü Azərbaycan Respublikasından ixrac edilmişdir. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs "Dalğa-2008” MMC İraq Respublikasında fəaliyyət göstərən “X2 Zabid” şirkəti ilə bağlanılmış 04/02 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********8715 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 4920 avro dəyərində malları Azərbaycan Respublikasından İraq Respublikasında fəaliyyət göstərən "X2 Zabid” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində "Konsiqnasiya əməliyyatları üzrə hesabat”-a dair çıxarışa əsasən ABŞ valyutasına nisbətdə 5513.01 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi "Dalğa-2008” MMC tərəfindən İraq Respublikasında fəaliyyət göstərən "X2 Zabid" şirkəti ilə bağlanılmış müqaviləyə istinad etməklə ümumilikdə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 5513.01 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni milli valyutaya nisbətdə 2811 (iki min səkkiz yüz on bir) manat, 63 (altmış üç) qəpik (9372.12x30%) məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1082/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1082/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver