Məhkəmə qərarları › İş №3(060)-1083/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1083/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1083/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 18 aprel 2023-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 18 aprel 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/006663 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2,1» elektron hesabat sistemindən 01 dekabr 2022-ci il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində rəsmiləşdirilən xx.xx.2019-cu il tarixli **********4595 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1153.26(min yüz əlli üç dollar 26 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin ünvanına Bakı Baş Gömrük idarəsinə dəvət olunma barədə 1400-013/0xx-xx/002708 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuşdur. Şəxs MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixli, 1400- 013/0xx-xx/003027 nömrəli məktubla Bakı Baş Gömrük idarəsi, Əməliyyat və Təhqiqat idarəsinə dəvət olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Gürcüstan Respublikası, Tbilisi şəhəri, Nikoloz Xudadova küçəsi, mənzil 3 ünvanında qeydiyyatda olan Azad İbrahimovla arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 2019/077 saylı müqaviləyə əsasən 097 nömrəli, xx.xx.2019-cu il tarixli invoys üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2019-cu il tarixli, **********4595 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1153.26ABŞ dolları dəyərində “1 m2-nin kütləsi 150q və ya daha az olan kağız(rulonlarda)” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, geyd olunan xarici igtisadi fəaliyyət nəticəsində 1153.26(min yüz əlli əlli üç dollar 26 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının ganunvericiliyinə müvafiq olarag Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs tərəfindən xx.xx.2019-cu il tarixli **********4595 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1153.26 (min yüz əlli üç dollar 26 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafig olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və barəsində iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********4595 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən kağız (rulonlarda) Azərbaycan Respublikasından ixrac olunmuşdur. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Gürcüstan Respublikası, Tbilisi şəhəri, Nikoloz Xudadova küçəsi, mənzil 3 ünvanında qeydiyyatda olan Azad İbrahimovla bağlanılmış xx.xx.2019-cu il tarixli, 2019/077 saylı müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində **********4595 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 1153.26 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 1153.26 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi Şəxs MMC tərəfindən Gürcüstan Respublikası, Tbilisi şəhəri, Nikoloz Xudadova küçəsi, mənzil 3 ünvanında qeydiyyatda olan Azad İbrahimovla bağlanılmış müqaviləyə istinad etməklə ümumilikdə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 1153.26 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5000, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 1153,26 (min yüz əlli üç dollar iyirmi altı sent) ABŞ dolları pul vəsaitinin otuz faizi məbləğində, yəni 345,978 (üç yüz qırx beş tam doqquz yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar