Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1084/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 3(060)-1084/2023 saylı qərarı ilə xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 3(060)-1084/2023 saylı qərarı ilə razılaşmayan tələbkar "xxxx" MMC-nin müdiri Nümayəndə apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2023-cü il tarixli, 3(060)-1084/2023 saylı qərarının ləğv edilməsini və Şəxs İXM-nin 528.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1084/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı və inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında 26 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmiş, material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi icra sənədləri üzrə borclu Sumqayıt şəhəri 29 saylı Təmir Tikinti Trestinin vəzifəli şəxsi qismində Şəxs barəsində xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas icra sənədləri, o cümlədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı olmuşdur. O izahatında həmin müəssisədə 2021-ci ildən işləmədiyini, onun həmin müəssisə ilə əlaqəsinin olmadığını bildirmişdir. Ancaq onun adında inzibati xəta haqqında protokolda idarəyə pul daxil olanda borclar ödəniləcəyinə dair qeyd verilmişdir. Həmin izahatlar arasında ziddiyyətli xüsusatlar inzibati xəta haqqında protokolda natamamlığın, uyğunsuzluğun olmasını qaçılmaz edir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolun icraata qəbul edərək mahiyyəti üzrə baxılmasını aydınlaşdırarkən qanunverciliyin tələblərinə riayət riayət edilməsi məsələsini yoxlamamış, inzibati xəta haqqında protokol üzrə natamamlığın olmasını nəzərə almamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o təqaüdçüdür, həmin izahatı idarənin adından demişdir, öz adından deməmişdir. İşə yenidən baxılmasını xahiş edir. Məhkəmədə materialın baxılmağa hazırlanması ilə bağlı işin halları öyrənilmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarında göstərilənlərlə bağlı iş materiallarını araşdırıb müəyyən etdi ki, inzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmişdir, daxil olmuş material natamamdır, bu natamamlığın məhkəmədə işə baxılarkən tamamlanması və göstərilən halların araşdırılması bu materiala baxılması hüdudlarında mümkün deyildir. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0, 106.0.1, 106.0.3, 106.0.4, 106.0.5, 106.0.6 və 106.0.7-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasını onun səlahiyyətinə aidiyyatını, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini, işin icraatını rədd edən halların mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmasını, işə baxılmasını yeri və vaxtı barəsində işdə iştirak edən şəxsin məlumatlandırılmasını, iş üzrə vəsatətlər və etiraz etmənin olması məsələlərini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 106, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 26 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1084/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1084/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver